Aysel Rəhimli “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb

Biləsuvar rayonundan olan tələbə Aysel Rəhimli “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb.

 “Regionpress.az”ın məlumatına görə bu haqda #SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) fecoobok səhifəsində xəbər paylaşılıb. Belə ki, Bakı Ali Neft Məktəbinin (BANM) daha 3 tələbəsi “Aspire Leaders” proqramına tam təqaüdlə qəbul alıb.

Harvard Business School” (Harvard Biznes Məktəbi) tərəfindən təsis edilib.Burada#Harvard Universiteti tərəfindən keçirilən dərs, #mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əl çatan olacaq. Dünyanın 150-dən çox ölkəsindən gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və #təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.
Aysel Rəhimli 2021-2022 – ci tədris ilin nəticələrinə görə Biləsuvar rayonunda ən yüksək nəticə göstərərək, Bakı Ali Neft Məktəbinin  tələbəsi adını qazanıb. Həmin il I ixtisas qrupunda ölkə üzrə üzrə ən yüksək nəticəni (400 bal) göstərən 10 nəfər şagirddən biridir. Hazırda Aysel #ABŞ-nin “Headstarter AI” şirkətində proqram mühəndisliyi üzrə təcrübəçi kimi də çalışır.

Qeyd edək ki, Biləsuvar şəhər internat orta məktəbinin məzunu A. Rəhimlinin atası Sərvət Rəhimov keçmiş hərbçidir və hal-hazırda Biləsuvar rayonu Yuxarı Ağalı kənd orta məktəbinin direktorudur. Tanınmış mərhum jurnalist Əlibala Rəhimovun nəvəsidir.

Related posts