Baş Prokurorluğun təşkilatçılığı ilə Astarada təmizlik aksiyası keçirilib

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə Astara rayonunda təmizlik aksiyası keçirilib.

“Regionpress.az” xəbər verir ki, Xəzər dənizinin sahilində baş tutan aksiyada Baş Prokurorluğun, eləcə də Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları,  Astara Pedoqoji Kolleci və Astara rayon Gənclər idarəsinin könüllüləri iştirak edib.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən 4 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Related posts