Zəngin tarixi keçmişə malik Kəmallədin Ağayev adına Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Məktəb Lisseyi bir vaxtlar bölgədə xüsusi əhəmiyyət və çəkiyə malik təhsil ocağı olub. Bu təhsil ocağının əsas özəlliyi internat tipli olduğundan xüsusilə bölgədə təsərrüfatlarda çalışan zəhmətkeş ailələrin marağında olması olub. Elm mərkəzi yüzlərlə çoxuşaqlı ailələrin övladlarına quçaq açıb, onlara yüksək təlim-tərbiyə, mükəmməl təhsil verib və bu gün məzunlarının sorağı yüksəklərdən eşidilir. Əlli yaşlı təhsil ocağı elə son illərdə uğur göstərən yetirmələri arasında Aysel Rəhimlinin rayon biirincisi ( 2 ixtisas qrupunda ölkə ikincisi) olmasından daha çox məmnun qalıb.
2022-2023-cü tədris ilindən etibarən texniki təmayüllü statuslu liseyə şagird qəbulu 5-ci sinfdən, ümümi orta təhsil səviyyəsindən olunur. Həm də əsaslı olaraq, ən müasir üslubda yenidən tikilən leseydə şagirdlərin təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Biz burada olarkən yeni tədris ilində, lisey və gimnaziyalara qəbul Mərkəzinin (ölkə üzrə) imtahandan müvəffəqiyyətlə keçən şagirdlər böyük həvəslə təhsil alacaqları təhsil ocağı ilə tanış olur, valideynləri övladlarının sənədlərini tədim edirdilər.Liseyin direktoru Mehman Əliyev bildirdi ki, Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Məktəb Lisseyi şagirlərin işıqlı sabahına açılan yeni pəncərədir: “Məktəbin bu qədər möhtəşəm, müasir üslubda tikilməsi dövlətimizin təhsilə, gənc nəsilə olan diqqətinin daha bir təzahürüdür. Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində yeniləşən Azərbayacana yeni məktəblərin bəxş olunması olduqca qürurvericidi. Hazırkı məqamda məhsuliyyət qalır biz müəllimlərin və şagirdlərin üzərində, təhsildə daha yüksək nəticələrlə cavab verməliyik”.
Ötən il məktəbə yeni qaydalara əsasən liseyə 6-7 siniflər üzrə 52 nəfər çagir qəbul aparılmışdır-deyir Mehman müəllim: “ Cari tədris il üçünsə praqnoza əsasən, 5-8 –ci siniflər üzərə şagirdlərin qəbulu aparılıb. Liseyə artan yüksək maraq bura müraciət edən 1000 nəfərlik şagird sayından aydın duyulur və onlardan daha yüksək nəticə göstərən 187 şagird liseyə qəbul hüququ qazanıb. Digər rayonlardan qəbul olunan şagirdlərin qalması və qidalanmaı üçün bütün şəraitə malik yataqxanamız da var.
Hazırda məktəbdə 642 şagirdin təlim-tərbiyəsi ilə 50 nəfər pedoqoji heyət məşğuldur. Burada mükəmməl təhsil proqramı ilə şagirdlərə dərslər tədris olunacaq. Günortadan sonra məktəbdə tərbiyə saatı başlayır. Bu zaman uşaqlar ev tapşırıqlarının yerinə yetirilməsinə başlayır ki, müəllimlər yenidən uşaqların yanında olub onlara ev tapşırıqlarında rastlaşdıqları çətinliklərin izah edir, əlavə lazım olan bilgilər verir.
Lisyeydə dərsdən kənar müxtəlif dərnəklər fəaliyyət göstərir. Şagirdlər meyl və maraqlarına uyğun olaraq “Bacarıqlı əllər”, “Rəsm”, Şahmat” və “Rəqs” dərnəklərində fəallıq göstərirlər. Həmçinin günün ikici saatında Olimpiadalara, Fənn müsabiqələrinə hazırlıq üçün Debat Klubu da fəaliyyət göstərir.
“Müasir təhlükəsizlik sistemi ilə təmin olunan liseyin açıq və qapalı, hər şəraitli voleybol,basketbol, futbol zalları şagirdələrin sağlımlğının möhkəmləndirilməsində, idmancı gənclər kimi böyüməsində də əhəmiyyətlidir. Bir sözlə, şagirdlərimizin hərtərəfli, müasir dünyagörüşlü gənclər kimi formalaşmasında dövlətimiz hər imkanı yaradıb. Fiziki və mənəvi cəhətdən sağlam olan , dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran , əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. ”- deyə, Mehman müəllim sözlərinə əlavə etdi..
Qələmə aldı:Surxay Şahbazov