Biləsuvar rayonunda 7 min əhalinin yaşadığı Bəydili kəndində ən müasir tələblərə cavab verəcək məktəbin tikintisi sürətlə davam etdirilir.
“ Regionpress.az” xəbər verir ki, məktəbin tikintisi Heydər Əliyev Fondunun sifarişi ilə “Mornig Star” MMC tərəfindən yüksək səviyyədə aparılır.
Hal – hazırda məktəbin zirzəmi hissəsində tikinti işləri tamamlandırılmaq üzrədir. 3 mərtəbəli, 7 korpusu, 650 yerlik akt zalı, 460 yerlik yeməkxanası və 72 sinif otağı olacaq 1400 şagird yerlik məktəbin tikintisi 2000 kvt.mt ərazidə aparılır. Məktəbin iki bağlı və açıq meydançaları da olacaq.
Şəhid Rüfət Mikayılovun adınını daşıyan, 700 yerlik Bəydili kənd tam orta məktəbinin binası (1985-ci ildə istimarda idi) qəzalı vəziyyətə düşmüşdü. Məktəbdəki bu şəraitrsizlik bir qism şagirdin digər məktəblərdə təhsilini davam etdirməsinə səbəb olmuşdur.
Bir müddət öncə məktəbin mövcud durumu ilə bağlı kənd sakinlərinin ölkə rəhbərliyinə, Hedər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciət tezliklə cavablandırılıb. Kəndin gələcək perespektivi nəzərə alınmaqla, daha çox şagird yerlik, müasir tələb və normalar cavab verəcək məktəbin tikintisinə qərar verilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində, Biləsuvardada təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən ötrü rayonda ümumilikdə son illər 16 yeni məktəb tikilmiş, 10 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hal – hazırda Bəydili kəndində tikilən, sözügedən məktəb rayonun ən böyük məkəbi olacaq.