Azərbaycan mədəniyyətinə ağır itki üz verib Rəssam, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan Nurəddin Nəzərov bu gün faciəli şəkildə dünyasını dəyişib. Azərbaycan incəsənətinin rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlardan biri olan Nurəddin Nəzərov öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, maraqlı ifadə üslubu ilə seçilən sənətkarlardan idi. Nurəddin Ənvər oğlu Nəzərov 1958-ci il avqust ayının 30 da Neftçalada dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra fəaliyyətini doğma rayonunda davam etdirib. Qeyd etmək lazımdır ki, Nurəddin Nəzərov Neftçala rəssamlıq məktəbinin yaradıcısı Adil Hacıyevin şagirdi olub. Azərbaycan Rəssamlar İttifaqının…
Kateqoriya: Hadisə
Narkotikin təsiri altında maşın sürən qəza törətdi
Masallıda yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Masallı şəhərində qeydə alınıb. Belə ki, rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə Masallı şəhərində yol qəzası törədib. Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi məlum olub. E.Məmmədov məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.
Biləsuvarda məktəbli qız kələm şorabasından zəhərlənib öldü
Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov
Cəlilabad polisi “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlayıb
Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadd rayonunda 1 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib. Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən…
Lənkəranda mal-qara oğurlayan keçmiş məhbuslar silahla yaxalandı
Lənkəranda mal-qara oğuruları tutulub. “Regionpress.az” xəbər verir ki, rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda ümumilikdə 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda, Lənkəran polisi tərəfindən saxlanılanların əlilabadlı keçmiş məhkumlar olduğu müəyyən edilib. Saxlanıların birindən tapança aşkarlanıb. Qeyd edək ki, saxlanın Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və Ramil Əliyev cəzaçəkmə müəssisəsində birlikdə cəza cəkib. R. Əliyevin üzərindən “Makarov” tipli tapança aşkarlanaraq götürülüb.…
Qəzada 43 yaşlı qadın ağır xəsarət aldı
Biləsuvarda ağır yol-nəqliyyatı qəzası baş verib. “Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, bazara yaxın ərazidə baş verib. Belə ki, “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kəndinin sakini, 1980 -cı il təvəllüdlü Bayramova Gülər Qulam qızı aldığı ciddi xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma gedir.
Sanitar-gigiyena qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələndi
Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. “Regionpress.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Astarada tədbirlər həyata keçirib. Tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub. Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və…
Yolu keçmək istəyən həmkəndlisini maşınla vurub öldürdü
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası olub. “Regionpress.az”xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunun Çaylı kəndindən keçən hissəsində baş verib. Belə ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrəd oğlu idarə etdiyi “Ford” markalı yük aftomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969 – cı il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub. Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində vəfat edib. Qeyd edək ki, hadisə avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.
Ata və oğlu ağır qəzada xəsarət aldı – Yenilənib
Biləsuvarda yol-nəqliyyatı hadisəsi baş verib. “Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verib. Belə ki, Biləsuvar rayonunun Nəsimikənd kəndində, həmin rayonun İsmətli kənd sakini Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə motosiklet toqquşub. Qəzada motosikletin sürücüsü-rayonun Nərimankənd kəndinin sakini Quluyev Sərxoş Balaqardaş oğlu (1969) ağır xəsarətlərlə Biləsuvar RMX – na çatdırılıb. Sərnişini, oğlu Quluzadə Rəsul (2007) yüngül bədən xəsarətləri alıb. Qeyd edək ki, qəzada xəsarət alan olan ata və oğlu təsərrüfat işləri ilə məşğuldurlar. Bazara heyvan satmağa gedirmişlər. Faktla bağlı Biləsuvar RPŞ – də araşdırma…
Tələbə dənizdə batdı – Foto
Dəniz daha bir can alıb. “Regionpress.az” xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-ci kurs tələbəsi Dəyanət Muradlı dünən Bakıda dənizdə boğularaq ölüb. Qrup yoldaşlarının bildirdiyinə görə, adının təqaüdə düşən tələbələr arasında düşməsini eşidəndə o, demişmiş: “Sağ qalsam, mən də təqaüd görərərəm.” Qeyd edək ki, tələbə Cəlilabadın Adınalı kəndindəndir