Cəlilabadda yanğında iki qardaş xəsarət aldı

Cəlilabad rayonunda mənzildə yanğın baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Yanğını söndürən zaman evdə yaşayan 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanığ xəsarəti alıb. Boyunları, əlləri və aşağı ətrafları yanan qardaşlar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun polkovnik-leytenantı Orxan Əkbərovun anım günüdür. “Regionpress.az” xəbər verir ki, anım günü münasibəti ilə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları və Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin kollektivi tərəfindən qəhrəmanımızın əziz xatirəsi yad edilib. Mədəniyyət işciləri şəhidin məzarı ziyarətində onun misilsiz  sücayətlərindən söz açıb, doğmaları ilə görüşərək başsağlığı verib. Qeyd olunmuşdur ki, bu gün biz Müzəffər Ali Baş Komandanın qətiyyəti və  şəhidlərimizin qəhrəmanlıqları hesabina torpaqlarımızın 30 ildən bəri davam edən təcavüzünə son qoyuldu. Artıq Xocalıda, Xankəndində də üçrəngli bayrağımızın dalğalanmasının əvəzsiz sevincini yaşayırıq. Qeyd…

Read More