Lənkəranda mal-qara oğurlayan keçmiş məhbuslar silahla  yaxalandı

Lənkəranda mal-qara oğuruları tutulub.

“Regionpress.az” xəbər verir ki, rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda ümumilikdə 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda, Lənkəran polisi tərəfindən saxlanılanların əlilabadlı keçmiş məhkumlar olduğu müəyyən edilib. Saxlanıların birindən tapança aşkarlanıb.

Qeyd edək ki, saxlanın Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və  Ramil Əliyev cəzaçəkmə müəssisəsində birlikdə cəza cəkib.

R. Əliyevin üzərindən “Makarov” tipli tapança aşkarlanaraq götürülüb. O,  həmin odlu silahı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi digər şəxsdən, Salyan rayon sakini Rövşən Mehtiyevdən əldə etdiyi müəyyən edilib.

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Related posts

Leave a Comment