Sumqayıt Dövlət Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. “Bilesuvarinfo” SDU Mətbuat xidmətinə istinadən xəbər verir ki,tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Teymur Səmədov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi Natiq Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəis müavini Səbuhi Əliyev, Sumqayıt şəhər prokuror köməkçisi İmran Əhmədov, Sumqayıt hərbi prokuroru Raul Şahverdiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin rəisi Fuad Babayev,…
Kateqoriya: Mədəniyyət
“Onlar Allah tərəfindən göndərilimiş böyük ustadlar olub…” – FƏRQANƏ QASIMOVA İLƏ “MUĞAM SÖHBƏTİ”
Fərqanə Qasımova: “Muğam bir yaradılışdır, amma kim tərəfindən, necə yaradılıb, onu deyə bilmərik” “Muğam ruhi musiqi olduğuna görə, əcnəbilər də bunu çox gözəl qarşılayıb, eyni zamanda da çox gözəl qavrayırlar. Alqışlarla, hətta göz yaşaları ilə bizdən qəbul edirlər” “Azərbaycan xanımı, Azərbaycan qadını cəmiyyətdə, səhnədə necə olmalıdırsa, elə düşünürəm ki, mən o biçimdəyəm” Müsahibimz dəfələrlə Prezident mükafatına layiq görülən, Respublikanın Əməkdar artisti Fərqanə Qasımovadır. 1996-cı ildən başlayaraq atası, dünya şöhrətli xanəndə Alim Qasımovla birgə bir çox beynəlxalq musiqi festivallarında, konsertlərdə iştirak edən Fərqanə xanımın 1999-cu ildə Avropada “Dərin okean məhəbbəti” adlanan…
Məktəblilər arasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş bilik yarışı keçirildi
Biləsuvar rayonunda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə bilik yarışı və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, layihə rəhbəri və tədbirin təşkilatçısı Kamran Kamranlı, layihəyə dəstək tərəfdaş şirkətlərin nümayəndələri, aidiyyəti təşkilat rəhbərləri və qaliblər iştirak edib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Gənclər Evində baş tutan mükafatlandırlma mərasimindən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Biləsuvar Gənclər Evində təşkil olunmuş tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını…
“ƏSGƏRƏ MƏKTUB” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ CƏLİLABADDA TƏDBİR KEÇİRİLİB
Müdafiə nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə “Əsgərə məktub ” layihəsi çərçivəsində tədbir keçirib. “Regionpress.az” xəbər verir ki, Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak edib. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün məktublar yazıb. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ümvanlayıb.
“Əsgərə məktub” bu dəfə Biləsuvarda yazıldı
Biləsuvar rayonunda “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin müxtəlif nümayəndələri iştirak edib. Biləsuvarlı gənc və yeniyetmələr aksiyada xüsusi fəallıq göstərib. Tədbir iştirakçıları Azərbaycan Ordusunun əsgərlərinə ürəklərindən keçən ən xoş arzularını qələmə alıb, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə onlara sonsuz minnətdarlıqlarını çatdırıb.
Mədəni niyyətli bir ömür yolu
Onun mənalı ömür yoluna nəzər saldıqda, bütün fəaliyyətində cəmiyyətçün faydalı olmasına, hər zaman yenilikçi və fədəkar əməyinə şahid olursan. Yarım əsrə bərabər olan bir tarixdə doğma rayonunun Mədəniyyət sahəsindən söhbət düşəndə, daha çox xatırlanan bu insanın həyat yolu bir daha deməyə əsas verir ki, o, peşəsi üçün doğulub. Yeniyetmə yaşlarından incəsənətə, musiqiyə böyük həvəs göstərən Zülfüqar Əliyev bu sahədə ilk təhsilini tar məktəbində alıb. 1969-cu ildə 19 yaşlı gənc Bakı Mədəni Maarif Texnikomunda təhsil aldığı müddətdə ilk əmək fəaliyyətinə Biləsuvar rayon (keçmiş Puşkin) Mədəniyyət evində kitabxanaçı vəzifəsi ilə başlayıb. 1969-1971…
“Məktəbli innovativ mühəndislər” layihəsinin təqdimatı oldu
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin qaliblərindən “Məktəbli innovativ mühəndislər” layihəsinin açılış mərasimi olub. “Regionpress.az” xəbər verir ki, açılış tədbiri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, təhsil işçiləri iştirak edib. Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təhsil işləri üzrə müavini Müşfiq Dadaşov, Bəydili kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Aybəniz Əhədova, layihənin eksperti, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Elçin…
Layihə çərçivəsində lənkəranlı məktəblilər beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarına qoşula bilər
Layihə çərçivəsində lənkəranlı məktəblilər beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarına qoşula bilər Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib. “Regionpress” xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin texnologiya fənn müəllimi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri yüksək səviyyədə təşkil olunub. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə…
Faiq Qürbətov: “Təhsildə keyfiyyət əldə etməkdə birgə əmək vacib şərtdir”
Biləsuvar rayonunda rayon ümumtəhsil müəssilərində təhsilin keyfiyyəti ilə əlaqədar görüş keçirildi. “Regionpress.az” xəbər verir ki, Biləsuvar rayonunda təhsilinin keyfiyyətinə dair Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə iştirakı ilə görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, başçının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli və məktəb direktorları iştirak etdi. Tədbirdə başcı F. Qürbətov çıxışında bildirdi ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son dövrlərdə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət…
Prezident bizi bir-birimizə oxşatdı…
Arayikin həbs fotosunu görəndən cəmi bir neçə saniyə sonra “Amlovas” ömürlük həyatıma daxil oldu. Beynimdəki zoqqultudan gözlərim torlanır. İş yoldaşlarımdan kimsə “bu, təzyiqdir” deyərək ilkin diaqnoz qoyur. Redaksiyada yaşı 40-dan yuxarı kim varsa, hərə əlini cibinə salıb eyni tərkibli, müxtəlif adlı təzyiq dərmanı çıxarır… Hardansa təzyiqölçən tapıb gətirirlər. Ölçürlər: 161-110. – Yuxarıdır, bir stəkan limonlu su. Adını indi xatırlamadığım daha bir təzyiq dərmanı. – Qoy, iki tablet içsin. İçirəm. On beş dəqiqə keçir, ölçürlər: 159-107. Düşmür. Emin Səfərov böyürdən israr edir: – Təcili yardım çağıraq. Bir “dibazol” vuracaqlar, sakitləşəcək. 103-ə…