Azərbaycanlı sahibkar Vaqif Mirişov Çin Xalq Respublikasında səmərəli fəaliyyəti ilə ölkəmizi təmsil edir. Hazırda İki ölkə arasında (Azərbaycan-Çin) iqtisadi və mədəni əlaqələri gücləndirilməsində payı var.
2012-ci ildən etibarən bu ölkədə fəaliyyət göstərən iş adamı Vaqif Mirişov qabaqcıl ölkələlərin brendlərinin Çin bazarına çıxışını təmin etməkdə əhəmiyyətli rol oynayır. Onun idxal-ixrac sahəsində zəngin təcrübəyə malik olması Azərbaycan məhsullarını və şirkətlərini dünyanın ən böyük iqtisadi güclərindən biri olan Çin bazarında tanıdaraq, ölkəsinin iqtisadi inkişafına töhfə verir.
Vaqif Mirişov 2015-ci ildən etibarən Azərbaycan brendlərinin də Çin bazarında tanıtmağa başladı. Onun məqsədi, Azərbaycan məhsullarının yüksək keyfiyyətini və orijinallığını Çin istehlakçılarına çatdırmaqdır. Bu məqsədlə 2017-ci ildə təsis etdiyi “GUANGZHOU HEYRAN INTERNATIONAL TRADING CO. LTD” şirkəti Azərbaycan və digər ölkələrin məhsullarının Çin bazarında rəqabət qabiliyyətliliyini artırmaq və geniş müştəri kütləsinə çatmaq məqsədilə fəaliyyət göstərir.
V. Mirişov 2018-ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının Çindəki nümayəndəsi təyin edilib. Bu vəzifə ona, Azərbaycan sahibkarlarının Çində daha güclü təmsil olunmasına və yeni əməkdaşlıqların qurulmasına imkan yaratdı. O, həmçinin, həmin il Çindəki iş adamı ilə birlikdə FOSHAN BANGSHA TRADING CO., LTD adlı birgə şirkət təsis edib. Bu əməkdaşlıq Azərbaycan məhsullarının Çində daha geniş yayılmasına şərait yaradır və iki ölkə arasındakı ticarət əlaqələrinə böyük dəstək verir.
Vaqif müəllimin fəaliyyəti yalnız iqtisadi inkişafla məhdudlaşmır. Onun məqsədi, Azərbaycan brendlərinin Çin bazarında möhkəmlənməsi və ölkəsinin beynəlxalq nüfuzunun artırılmasıdır. Bu sahədə göstərdiyi səyləri və uğurları yüksək qiymətləndirilırək liderlik nümunəsi kimi qeyd olunur.
Davamlı olaraq yeniliklərə açıq olan V. Mirişov gələcəkdə Azərbaycan və Çin arasında daha çox əməkdaşlıq və layihələrə imza atmağı planlaşdırır. Onun fəaliyyəti, Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışını gücləndirmək üçün əhəmiyyətli bir addımdır və onun bu sahədəki uğurları, ölkəsinin iqtisadi inkişafına və beynəlxalq tanınmasına dəyərli töhfələr verir.
Əslən Cəlilabad rayonunda olan Mirişov Vaqif Fərhad oğlu Vətəninə ürəkdən bağlı həmvətənlidir. Bu gün onun ofisində olan Azərbaycan dövlətinin atributları və digər rəsmlər, onun həm milli kimliyinə sadiq qaldığını, həm də fəaliyyətində Azərbaycanın adını yüksəltmək üçün göstərdiyi səyin nişanəsidir.
Vaqif müəllimin bu sahədə göstərdiyi səyləri və uğurları yüksək qiymətləndirilir və onun bu sahədə liderlik nümunəsi göstərdiyi bildirilir.
Vaqif müəllimə fəaliyyətində daha yüksək zirvələr və can sağlığı arzulayırıq!.
Zamin Həsənov, həkim