Şəhid Zöhrab Kərimlinin doğum günü qeyd olunub – FOTOLAR

Bu gün şəhid Zöhrab Kərimovun doğum günüdür. 

“Regionpress.az” xəbər verir ki, şəhidin ad günü onun boya-başa çatdığı Biləsuvar şəhərində qeyd olunub.  Rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edib.

Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra şəhər qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

 

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan Zöhrab Azad oğlu Kərimov 2003-cü ildə Biləsuvar rayonunda anadan olub. O, həqiqi hərbi xidmətinin 6-cı ayında,  ötən ilin sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olub. 

O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Kərimov Zöhrab Azad oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!.

Bir 9 nəfər şəkili ola bilər

Bir 10 nəfər və mətn şəkili ola bilər

Related posts