Şair Səlamət Biləsuvarlı imzası çoxlarına tanışdır. Şairimizi yurdunda daha çox sevdirən öz peşəsinə dəyər verməsidir. Onun 70-ə haxlayan mənalı ömür yolunun harda keçdiyini bilmək istəsək – Biləsuvardadır.. . Sözlərinə çox mahnılar bəstələnib, elə “Söylə harda, harda?, gözəl Biləsuvarda”sı yaradıcılığının pik nöktəsidir- deyərdik şairimizin. Elimin hər qarışı gözəldir-deyən şair, sakini olduğu yurdunun möhtəşəmliyini qəhrəmanlarında görür, öyünür.
Ömrünün düz 50 ilini doğma rayonunun mədəniyyətinə həsr edən şair Bakı Dövlət Universitetində təhsil alarkən söz ailəminə baş vurmağın xeyir duasını Zəlimxan Yaqubdan alıb. “Onunla bir univeristetdə təhsil alırdım. Aşıq Ələsgərin 150 yubileyinə həsr olunan şeir müsabiqəsinə yazdığım ilk şeirimi şairə göstərdim. Ustad şairimizin şeirimi bəyənməsi, dəyərli tövsiyələri mənə bu yolda inamla addımlamaqda böyük ruh verdi.” Bunları söyləyənn şairin sonrakı həyat yolunda nəğməkar şair təxəllüsü ilə də daha çox tanınıb.
Heç doymadım, gəncliyimdən,
Nə tez düşdü saçıma dən ?.
Küsdüm aydan, küsdüm ildən,
İllər, hara tələsirsən?
Ömür hara tələsirsən … sözlü-nəğməli Salamət Biləsuvarlı bu illər mənə sevinc, uğur, ağrı-acı da verib, Tanrıya min şükür, yazılan bir ömrü yaşayıram – deyir…
Bu illərdən ” Ayrılıq nədir ki”, “Unuda bilməyəcəksən”, “Sən əgər bilsəydin”, “Gedək ata ocağına” şeirlər kitabından şeirlərinə bəstələnmiş nəğmələr qaldı … Ən əsası “Söylə harda, harda, Gözəl Biləsuvarda” sevilən mahnılardan oldu. Şeirlərinə bəstələnmiş nəğmələrə Əflatun Qubadovun, Əlikram Bayramovun, Eldar Ələkbərovun, Aqil Cəbiyevun, İlham Xanhüseyinoğlunun və başqa tanınmış müğənnilərin ifasında dinləmək alqışa layiq deyilmi?.
Şair Səlamət Biləsuvarlı yaradıcılığında vətənpərvərlik mövzusuna xususi yer ayırır. Vətən müharibəli günlərimizdə, daha sonra, şəhidlər, qazilər haqqında şeirlərində gəncliyə onların ömür yoluna örnək göstərib. Müharibə vaxtı “Azərbaycan əsgəri”, Şanlı ordum igid əsgər” adlı kliplər efirdə səsləndirilib.
Bu gün şairin içtimai fəaliyyətinin özəlliklərindən biri, müstəqil jurnalisika fəaliyyətində rayonunun içtima və mədəni həyatında yeniliklərin axtarışında olmasıdır. Yəqin onda bu həvəs gənclik illərindən yaranıb. Sən demə o, məktəbli olarkək yerli “Məhsul” qəzetində məqalələr yazmaq bacarığı illər sonrası gərəkli olacaqmış. İndi sosial şəbəkələrdə hər kəsə tanış olan “Unutsaq unudularıq” rübrikasında çıxışlarında müxtəlif peşə adamlarının ömür yoluna nəzər salmaqda məqsəd, onların nümunəvi həyatını gənc nəsilə örnək göstərmək olub. Bir sözlə arayıb-axtarır, nəinki paytaxtda, respublikanın hüdudlarından kənarda yaşayan həmyerliləri doğma Biləsuvarına daha çox tanış edən Səlamət Biləsuvarlı imzasıdır. Və nə yaxşı, bu imza öz dəyərini də tapıb -“Qızıl Qələm” mükafatı ilə.
Həyatım boyu xeyirxah, yaxşı adamların əhatəsində olmağım, dəyər görməyim isə Tanrının mənə verdiyi ən böyük hədiyyəm oldu – desə də…