“Əkinçinin dostu” Tədris, Araşdırma və Təcrübə Mərkəzi ilk dəfə Biləsuvarda

Bir müddət öncə ölkədə fəaliyyətə başlayan “Əkinçinin dostu” Tədris, Araşdırma və   Təcrübə Mərkəzi Türkiyənin “EMA” şirkəti tərəfindən ( şirkət bu ölkədə pestisid sənayesinin lideri “HEKTAŞ”la sıx əməkdaşlıq edir) təməli qoyulub. Azərbaycanda bu cür mərkəzlərin ilk dəfə yaradılması ilə   fermerlərin özlərini inkişaf etdirməsi və ölkə iqtisadiyyatına mühüm  töhfələr  verməsi üçün səylərini sürətləndirməyi hədəfləyir. Sözügedən mərkəz Biləsuvar rayonunda yaradılıb. Biləsuvar DAİM – in yaxınlığında 2 hektar ərazidə, hər bir şəraitlə fəaliyyətini məqsədəmüvafiq şəkildə genişləndirməkdə olan “Əkinçinin dostu”nun hədəfi müasir innovativ yeniliklərin tədbiqi ilə fermer təsərrüfatlarında səmərəliliyə nail olmaqdı. Mərkəzin rəhbəri Mikayıl Soltanov “Regionpress.az” a görülən işlər haqqında danışarkən aşağdakıları qeyd…

Read More

Salyanda “Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” layihəsinin açılışı oldu

Salyan rayonunda “Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” layihəsinin təqdimatı olub.  “Regionpress.az” xəbər verir ki, layihənin açılış mərasimində layihə rəhbəri Firudin Tahirov, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak edib. Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Salyan rayonunda sistemli olaraq fəaliyyət göstərəcək ““Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu”nun yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da inkişaf etdirməkdən və onlara ilkin hərbi nizam-intizam anlayışlarını aşılamaqdan  ibarətdir. Layihə çərçivəsində Salyan rayonunda “RESURS” Gənclərin İnkişafı İctimai  Birliyinin nəzdində daimi və sistemli…

Read More

Qədir -Xum bayramı münasibətilə Biləsuvarda ehsan süfrəsi təşkil edilib

Qədir – Xum münasibətilə Biləsuvar rayonunda şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirakı ilə görüş keçirilib. “Bİlesuvarinfo” xəbər verir ki, görüş Biləsuvar şəhər Cümə Məscidində məscidin imamı Hacı Əlifağa Murtuzovun təşəbbüsü ilə keçirilib. Rayonun çoxsaylı şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirak ilə məsciddə camaat namazı qılınıb, bol- bol dualar edilib. Daha sonra ehsan süfrəsi verilib. Məscidin imamı Hacı Əlifağa Murtuzov qeyd edib ki, bu gün Qədir-Xum bayramıdır: “Vilayət, yəni özünəqayıdış bayramı. Qəlblərə qəlb dilində səslənən, qəlbləri fəth edən övliyaların bayramı. Allah bu bayramı hamımıza mübarək etsin və vilayətə…

Read More

Balinadan 500 min dollarlıq “miras” – FOTO

Kanar adalarının La Palma bölgəsindəki Nogales çimərliyi sahilində ötən aylarda balina cəsədi tapılıb. Ölü balina bağırsaqlarında gizlənmiş qiymətli xəzinənin aşkarlanmasından sonra alimlər heyrətə gəlib. Balinanın bağırsaqlarında 9,5 kiloqram ağırlığında, 500 min dollar dəyərində ənbər aşkarlanıb. Las Palmas de Gran Canaria Universitetinin mütəxəssislərinin fikrincə, balina təxminən 20 kiloluq ənbər kimi tanınan maddənin heyvanın qalın bağırsağında xroniki obstruktiv iltihaba səbəb olmasından sonra ölüb. Nadir hallarda rastlanır Belə yırtıcı balinalarının yüzdə birindən azının ənbər ifraz edə biləcəyi təxmin edilir. Balina qusması kimi tanınan bu maddə olduqca nadirdir və hətta bir qramı minlərlə dollara…

Read More

“Daha güclü zəlzələnin olma ehtimalı yoxdur” – Qurban Yetirmişli

“Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur”. “Regionpress.az” xəbər verir ki,  Sputnik Azərbaycan-a bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, 5.7 bal gücündə olan zəlzələ afterşoklarla davam edəcək.

Read More

Bu məktəbdə nə şagird müəllimi, nə də müəllim şagirdi tanıyır

“Regionpress.az” Cənub.az -a  istinadla xəbər verir ki, söhbət Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbindən gedir. Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib: “Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər şagirdləri tanıyır”. Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun “qanun”larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb: “Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə “qiyabi” oxuyan şagirdlərə qiymətlər yazıblar”.

Read More

Polis işçilərinin peşə bayramı Biləsuvarda qeyd olundu

Bu gün Biləsuvar rayonunda 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibətilə ilə tədbir keçirildi. “Regionpress.az” xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə gül dəstələri düzüblər.Bayram tədbirində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibəti ilə polis işçilərini təbrik edərək, tarixi və şərəfli bir yol keçmiş Azərbaycan polisinin yarandığı gündən xalqı və dövləti mənafeyinə məsuliyyətli vəzifələri vicdanla yerinə yetirirməsindən söz…

Read More

Cəlilabadda şəhid Xatirə bulağının açılışı olub

Cəlilabad rayonunda Şəhid Kamran İsgəndərlinin doğum günü qeyd edilib. “Regionpress.az”ın məlumatına görə, tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin Vətən müharibəsi şəhidinin doğum günü onun xatirəsinə inşa edilmiş Xatirə bulağının da açılışı olub. Çıxış edənlər qeyd edib ki, şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub və onların adlarının əbədiləşdirilməsi üçün belə xeyirxah işlərin görülməsinin vacibliyi xüsusi vurğulanıb. Şəhidin atası Yaşar İsgəndərli  öz çıxışında şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Read More

Rusiya bankı Türkiyə və Azərbaycana transsərhəd köçürmələrə başlayıb

Rusiyanın “Opening” bankı Türkiyə və Azərbaycandakı fiziki şəxslərin hesablarına və bank kartlarına köçürmələrin göndərilməsi imkanını işə salıb. Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir. Bir əməliyyat üçün maksimum məbləğ 15 min rubl təşkil edir. Vəsaitlər dərhal və komissiyasız olaraq milli valyutada hesablanır.

Read More

Benzema “Real Madrid”dəki gələcəyindən danışıb

“Real Madrid”in futbolçusu Kərim Benzema İspaniya klubundakı gələcəyindən danışıb. “Report”un məlumatına görə, fransalı hücumçu “Marca” nəşrinə açıqlamasında Madrid təmsilçisində qalıb-qalmayacağının dəqiqləşmədiyini bildirib. O, hazırda “kral klubu”na məxsus olduğunu xatırladıb: “Şənbə günü oyunum var, sabah məşq edəcəyəm. Ona görə də hazırda Madriddəyəm”. Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən “Real Madrid”in formasını geyinir.

Read More