Bir ömrün halallıq simfoniyası

El ağsaqqalı Sabir Xammədovun 75 illiyinə İnsanın bir şəxsiyyət kimi əsl dəyəri onun kamilliyi ilə ölçülür. Böyük Nizami Gəncəvi də bukefiyyəti hər cür yarımçıqlıqdan uca tutub. Davranışları  insanpərvərliklə yoğrulanlar yaşadıqları ömrü bada vermir, el-oba arasında hörmət-izzət sahibi olurlar.  Onlardan biri də ömrünün 75-ci baharını yaşayan Sabir Yaqub oğlu Xammədovdur. Tale Sabir müəllimi vəzifələrlə də, sərvətlə də imtahana çəkib, amma onu insanpərvərliyindən, həssaslığından uzaqlaşdıra bilməyib. Rahatlığı el-oba üçün çalışmaqda, savab işləri ilə adamlara könül xoşluğu bəxş etməkdə görüb həmişə. Elə buna görə də indi – vəzifə, mənsəb atından düşəndən xeyli sonra…

Read More

Nəğməkar şairlə görüş olub

Bu gün Biləsuvar rayonu,  Əsgərabad kənd Mədəniyyət evində şair Səlamət Biləsuvarlı ilə görüş keçirilib. “Regionpress.az” xəbər verir ki, mədəniyyət evinin təşkil etdiyi görüşdə kənd sakinləri, məktəblilər və media nümayəndələri iştirak edib. Tədbirdə şair Əhməd Qala Səlamət Biləsuvarlının söz-sənət yaradıcılığında ətraflı danışarkən bildirdi nəğməkar şairin sözlərini bəstələnən neçə-neçə mahnılar populyarlıq qazanmış, ölkəmizin məşhur müğənnilərinin ifasında trendə çevrilib. Şairin vətənpərvərlik mövzusunda şeirlər gənclərlə bağlı tədbirlərin dillər əzbəridir-deyə vurğulub. Məktəblilər şairin şeirlərindən nümunələr səsləndirdi. Qeyd edək ki, Səlamət Biləsuvarlı bütün əmək fəaliyyətini rayonun mədəni həyatının inkişafına sərf edib.O, 4 kitab müəllifidir, “Qızıl Qələm…

Read More

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

Mayın 10-da Ulu Öndər Heydər Əliyevin dünyaya gəlməsindən 101 il ötür. Sonralar bu tarix “Faşizm üzərində Qələbə Günü” qeyd olunandan cəmi bir gün sonraya təsadüf etməyə başladı. Əgər 1945-ci il mayın 9-da dünya faşizmin kölgəsindən xilas oldusa, Azərbaycanın müstəqillik illərinin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev də separatçılığın, hərc-mərcliyin, yox olmağın, erməni faşizminin qarşısını aldı. Bu gün biz Heydər Əliyev irsi üzərində düşünərkən liderliyin, uzaqgörənliyin, gələcəyə inamın əbədi qüdrətini xatırlayırıq. Onun həyatı, baxış və məqsəd hissi ilə idarə olunan şəxsiyyətin tarixin gedişatını dəyişdirə biləcəyi ideyasının sübutudur. Heydər…

Read More

“Kimin hünəri nə idi ki, Hеydər Əliyеv dеyəni еləməsin?!” – Professor

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist   “Yol iqtisadiyyat, mədəniyyət və həyatdır” Heydər ƏLİYEV   “Gələcəyin yolu” adlı bu yazım “Azərbaycan” qəzеtində bölgə müхbiri оlduğum dövrdə işlənib və ilk dəfə qəzеtin 6-7 may 2000-ci il tarixli  saylarında işıq üzü görüb. Yazının ikinci hissəsi qəzеtdə dərc оlunan gün Ulu öndər baş rеdaktоr Əmir Mustafayеvə zəng еdərək bеlə dеyib: “Çalışın ki, mənim haqqımda yох, daha çох gördüyüm işlər barədə yazasınız. Bu baxımdan Yеvlaх-Balakən dəmir yоlu barədəki yazını çох bəyəndim…”. Həmin məqaləmin “Azərbaycan” qəzеtində dərc оlunduğu vaхtdan düz 24 il kеçir.…

Read More

Gənc həkim-uroloq Pərviz Mürsəlov

Gənc həkimimizin müasir dünyada sürətlə inkişaf edən tibb elminin yeniliklərini mənimsəməsi, uralogiya sahəsində qazandığı dərin elmi biliklər, insanlara göstərdiyi nümunəvi tibbi xidmətlə tanışlıqdan sonra düşündük ki, onun haqqında yazmağa dəyər. Babası, atası həkim, elə daşıdığı soy-kökü həkimlərlə məhşur olan Pəzvizin  orta məktəb illərində əyninə ağ xalat geyinmək, insanlara şəfa vermək istəyi onu bir an da olsun tərk etməyib. O, 1986-cı ildə Biləsuvarda dünyaya göz açıb.1993-2004-cü illərdə Biləsuvar şəhər 4 saylı orta məktəbini başa vuraraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə müvəffəqiyyətlə qəbul olub. 2010-cu ildə Hippokrat andını içdikdən sonra tibbin…

Read More

NEVROPATOLOQ YEGANƏ RƏŞİDOVA: “XÜSUSİLƏ KİŞİLƏR BİLMƏLİDİR Kİ, SMARTFON ÜÇÜN ƏN PİS YER ŞALVARIN CİBİDİR”

Yatarkən mobil telefonu söndürün və uzağa qoyun Nevropatoloq Yeganə Rəşidova: “Xüsusilə kişilər bilməlidir ki, smartfon üçün ən pis yer şalvarın cibidir” “Mobil telefonların insan orqanizminə təsiri artıq neçə illərdir ki, alimlərin ciddi araşdırma mövzusuna çevrilib. Tədqiqatçıların bu sahədəki qənaətləri müxtəlif olsa da, ümumilikdə bu rabitə növünün insan sağlamlığına təsiri o qədər də ürəkaçan deyil”. Bunları qəzetimizə ATU-nun Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 10 il ərzində 13 ölkədə aparılmış tədqiqatların nəticəsinə əsasən, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı…

Read More

18 yaşlı gənci doğmaları axtarır 

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb. Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub. Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.  

Read More

Sərfəli kredit “Biləsuvar – Lombard” MMC – də

Sizə nağd pula olan ehtiyacınızı qarşılamaq üçün qızıl təminatlı kredit təklif edirik. Artıq iki ildir ki, fəaliyyət göstərən kredit təşkilatımız qızıl, zinyət və digər dəyərli girovlarınızın qorunmasına zəmanət verir. Biz lisenziyalı təşkilat olaraq bunu tam əminliklə deyə bilirik! “Biləsuvar – Lombard” təcili pula ehtiyacı olan şəxslərə çox sərfəli Lombard kreditini təklif edir. Belə ki, qızıl zinət əşyalarını girov qoymaqla müştərilər aşağı faizlə kredit əldə edə bilər. Təqdim edilən qızıl zinət əşyaları yüksək dəyərlə qiymətləndirilir. Vaxt qızıldır, sərfəli şərtlərə Lombard kreditlərindən yararlanın. Aylıq 1,5 faizdən başlayan kreditlər 15 dəqiqə ərzində rəsmiləşdirilir.…

Read More

Baş Prokurorluğun təşkilatçılığı ilə Astarada təmizlik aksiyası keçirilib

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə Astara rayonunda təmizlik aksiyası keçirilib. “Regionpress.az” xəbər verir ki, Xəzər dənizinin sahilində baş tutan aksiyada Baş Prokurorluğun, eləcə də Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları,  Astara Pedoqoji Kolleci və Astara rayon Gənclər idarəsinin könüllüləri iştirak edib. Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən 4 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Read More