“Vaz 2107’i “Qazel”lə toqquşdu- sürücülərdən xəsarət alanı var

Köhnə Bakı-Astara yolunda yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə bu avtomobil yolunun Cəlilabadla Biləsuvarı birləşdirən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Vaz 2107′ markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobili toqquşub. Qəzada, minik avtomobilinin sürücüsü, Masallı rayon sakini 1977-ci il təvəllüdlü İsrafilov Vüsal Əhməd oğlu xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdlrılıb, həkimlər onun xəsarətini yüngül qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.

Read More

Kanalizasiya çəkilişindən Biləsuvar şəhərində daha bir “yadigar”-Yenilənib

Biləsuvar şəhərinə, yekunlaşdırılması deyilən  kanalizasiya çəkilişi işlərinin vurduğu fəsadlar tükənmir. Kanilizasiya xəttlərində olan tutulmalar, qazılan küçələrdə bərkidilmə işlərinin aparılmaması səbəbindən asfaltı qoyulan bəzi küçələrdə çökmələr var indi. Həmçinin asfalt qoyulan küçələrdə abonent birləşmələrinin aparılmaması deməyə əsas verər ki, bu iş görülərkən asfalt yollar yenidən az ziyan görməyəcək. “Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhərində kanilizasiya çəkilişi işləri zamanı yarımçıq ( və ya keyfiyyətsiz ) buraxılan işlərin daha bir “yadigar”ı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasını Uşaq xəstəxanası ilə birləşdirən piyada yolundadır. Belə ki, Uşaq xəstəxanasının girişinə bitşik ərazidən küçə xəttinin cəkilişindən artıq iki…

Read More

Cəlilabadda minik avtomobili aşdı- xəsarət alanlar var

Cəlilabad rayonunda yol nəqliyyatı qəzası baş olub. “Regionpress.az” xəbər verir ki,  hadisə Bakı-Astara magistralının sözügedən rayondan keçən hissəsində qeydə alınıb. Belə ki,  minik avtomobilinin aşması nəticəsində  Sumqayıt şəhər sakinləri olan 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədova xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Foto: Şərtidir

Read More

Narkoşəbəkənin üzvləri narkotik tərkibli 10 000 ədəd metadon həbi ilə saxlanıldı

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik tərkibli həblərin satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri tutulub. “Regionpress.az” xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıb. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib. Cinayətkar qrupun digər üzvləri- Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev da polis əməkdaşları tərəfindən…

Read More

Masallıda çayın kənarından avtomat aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından silah tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd “AKS-74U” markalı avtomat aşkarlanaraq götürülüb. Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 9 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More

Usta işlədiyi evdə yıxılıb öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Belə ki, rayonun Amankənd kənd sakini 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi ilə məşğul olarkən  ölüb. Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması  olub. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More

İstedadlı rəssam Nurəddin Nəzərov  dünyasını dəyişib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib Rəssam, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan Nurəddin Nəzərov bu gün faciəli şəkildə dünyasını dəyişib. Azərbaycan incəsənətinin rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlardan biri olan Nurəddin Nəzərov öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, maraqlı ifadə üslubu ilə seçilən sənətkarlardan idi. Nurəddin Ənvər oğlu Nəzərov 1958-ci il avqust ayının 30 da Neftçalada dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra fəaliyyətini doğma rayonunda davam etdirib. Qeyd etmək lazımdır ki, Nurəddin Nəzərov Neftçala rəssamlıq məktəbinin yaradıcısı Adil Hacıyevin şagirdi olub. Azərbaycan Rəssamlar İttifaqının…

Read More

Narkotikin təsiri altında maşın sürən qəza törətdi

Masallıda yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Masallı şəhərində qeydə alınıb. Belə ki, rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə  Masallı şəhərində yol qəzası törədib. Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi məlum olub. E.Məmmədov  məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.

Read More

Biləsuvarda məktəbli qız kələm şorabasından zəhərlənib öldü

Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.   Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov

Read More

Cəlilabad polisi “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlayıb

Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadd rayonunda 1 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib. Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən…

Read More