İsmətli kəndinin sakini: Kəndimizin girişinə atılan zibilləri təmizləyən yoxdur

Biləsuvar rayonunun İsmətli kəndinin giriş hissəsi zibil tullantıları ilə çirkləndirilib. Regionpress.az xəbər verir ki, kənd sakinləri yaranan bu vəziyyətdən çox narahatdır. İsmətli kənd sakini Əflan Əmənov bildirir ki, kəndin girişində yaranan bu mənzərə xeyli müddətdir davam edir: “Dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəsinə məlumat verilib, ancaq heç bir nəticə olmayıb. Hətta, bir müddət qabaq məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi hallarına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İsmətli bələdiyyəsinə cərimə də tətbiq olunub, bələdiyyə nəticə çıxarıb kənddə məişətdən çıxan tullantıların daşınmasını təşkil etmir. Bəzi vətəndaşlar da…

Read More