İlaxır çərşənbə Təhsil Kompleksində coşquyla qeyd olunub 

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən İlaxır-Torpaq çərşənbəsi  Biləsuvarda Milli Qəhrəman  Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksində də kollektivin böyük coşqu və yüksək əhval ruhiyyəsi ilə qeyd olunub. İstedadlı şagirdlərin ifasında biri-birindən maraqlı kompazisiyalarla təqdim olunan  bayram şənliyi bu dəfə  özəlliyi ilə yadda qalıb. Təhsil Kompleksinin icraçı direktoru    Aqşin Bağırov  şənlikdə çıxış edərək, bütün iştirakçılara ilaxır çərşənbə və Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularını bildirib. Hər kəsə cansağlığı, ailələrə bol ruzi-bərəkət arzulayıb. “Novruz bayramı böyük bir keçmişimiz, tariximiz və mədəniyyətimizdir. …

Read More