Zəhmətkeş alim, qayğıkeş insan

Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir. 2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır. Elm yolunda gərgin fəaliyyəti Ələddin müəllimə hər zaman baş ucalığı gətirib. Onun öz peşəsinin kamil bilicisi olması hələ ilk fəaliyyətində, 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi olarkən özünü göstərib. Daha…

Read More