Məktəblilər arasında, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayon Yuxarı Ağalı kənd orta məktəbinin IX sinif şagirdi Vəfa Fərid qızı Həsənzadə müsabiqənin qaliblərindən olub.
Şirvan -Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli mükafatlandırma mərasimində Vəfa Həsənzadəni təbrik edərək ona fəxri fərman və hədiyyələri təqdim edib.
Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev uşaqların gözü ilə” inşa -yazı müsabiqəsində V. Həsənzadə III yeri tutub.