Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” xəbər verir ki, verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb. Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Related posts