31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Biləsuvar rayon Xırmandalı kənd 2 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub.
“Regionpress.az” xəbər verir ki, “MTK MMC” in təşəbbüsü və dəsdəyi ilə bayram şənliyi bu məktəbdə daha<rəngarəng, maraqlı baş tutub.
Tədbir məktəb direktoru Rəşad Əliyevin tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etməsi ilə başlayıb.
“MKT İK” MMC Biləsuvar filialının direktoru müavini Miryusif Həşimov şənlik iştirakçılarına çalışdığı müəssisənin rəhbərliyinin təbrikini çatdırıb. O, şagirdlərə yeni ildə təhsildə daha yüksək fəallıq, gələcəkdə dövlətimizçün savadlı və bacarıqlı kadrlar olmağı arzu etdi.
Bayram şənliyində, uşaqların böyük sevincinə səbəb olan Şaxta baba və Qar qız meydana daxil olub.
Tədbirin sonunda şənlikdə iştirak edən şagirdlərə hədiyyələr təqdim edilib. Rəngarəng konsert proqramı iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.