Müşfiq Muğanlıdan yeni kitab: “Allahı sevməyə gəldim”

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-yazıçı, publisist Müşfiq Malik Muğanlının yeni, sayca səkkizinci – “Allahı sevməyə gəldim” səkkizinci kitabının təqdimatı olub.

 “Regionpress.az” xəbər verir ki, təqdimatda Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən təqdimatda tanınmış söz-sənət adamları, şairin doğmaları iştirak edib.

AYB-nin Beynəlxalq Əlaqələr üzrə katibi şair, tərcüməçi, esseist Səlim Babullaoğlu tədbiri giriş sözü ilə açaraq, şairə uğur gətirəcək kitabdan söz açıb: “Kitab iki hissədən ibarətdir. Birinci hissə “Allahı sevməyə gəldim”, ikinci hissə “Qarabağ Azərbaycandır” adlanır. Şairin bu kitabında oxucular vətənpərvərlik hissləri, milli təəsübkeşlik, saf sevgi duyğuları, fəlsəfi düşüncələr, insanlara, valideynlərə ehtiram göstərmək, Allaha eşq ilə yazılan yeni şeirlərlə, unudulmaz xatirələrin ictimai-estetik düşüncəyə uyğun bədii-emisional ifadələrlə, misralarla tanış olacaqlar. Kitabın ikinci hissəsində oxucular Azərbaycan xalqının dəyərli oğlu, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev haqqında maraqlı faktları oxuya bilər.

Yazıçı, kinodramaturq, AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmiyə. Çıxış edənlər arasında Azərbaycan yazıçısı, tədqiqatçı, şair. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Buzovna Cümə məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-dini şuranın üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazisi Hacı Soltan Əlizadə, ilahiyyatçı Hacı Cavid Pənahlı, yazıçı-həkim Sabir Əzizoğlu, Hacı Mir Sahib Mir Tahazadə, fransız dili müəllimi Cəlil Qurbanov, Emin Əzimov və şair Əfqan Dağlaroğlu kitab haqqında fikirlərini, ürək sözlərini dedilər.

Tədbirin sonunda müəllifin imza mərasimi keçirilərək, xatirə fotosu çəkildi.

 e

Related posts