Nəğməkar şairlə görüş olub

Bu gün Biləsuvar rayonu,  Əsgərabad kənd Mədəniyyət evində şair Səlamət Biləsuvarlı ilə görüş keçirilib.

“Regionpress.az” xəbər verir ki, mədəniyyət evinin təşkil etdiyi görüşdə kənd sakinləri, məktəblilər və media nümayəndələri iştirak edib.

Tədbirdə şair Əhməd Qala Səlamət Biləsuvarlının söz-sənət yaradıcılığında ətraflı danışarkən bildirdi nəğməkar şairin sözlərini bəstələnən neçə-neçə mahnılar populyarlıq qazanmış, ölkəmizin məşhur müğənnilərinin ifasında trendə çevrilib.

Şairin vətənpərvərlik mövzusunda şeirlər gənclərlə bağlı tədbirlərin dillər əzbəridir-deyə vurğulub. Məktəblilər şairin şeirlərindən nümunələr səsləndirdi.

Qeyd edək ki, Səlamət Biləsuvarlı bütün əmək fəaliyyətini rayonun mədəni həyatının inkişafına sərf edib.O, 4 kitab müəllifidir, “Qızıl Qələm ” Media mükafatı laureatıdır.

Related posts