Oğurluğa görə saxlanılmışdı, evindən tapança da aşkarlandı

Cəlilabad  rayon ərazisində yerləşən evlərdən oğurluq edənlər yaxanalıb.

“Regionpress.az” xəbər verir ki, rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıb. Onların oğurladıqları əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

X. Əliyevin yaşadığı evdən 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Related posts