Şirvan – Salyan Regional Təhsil İdarəsi 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalislərlə görüş keçirib.
“Regionpress.az” xəbər verir ki, dəyirmi masa arxasında keçirilən görüşdə Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, Maliyyə və İqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov, idarənin əməkdaşları və bölgədə fəaliyyət göstərən media nümayəndələri iştirak edib.
Görüşdə medianın təhsil sahəsinə xüsusi diqqətlə yanaşdığı, bu sahədə görülən işlərin ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük əməyi olduğu vurğulanıb, onlara verdikləri dəstəyə görə təşəkkür ifadə edilib. İdarəsinin müdir müavini media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, bu görüşün məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.