“Əsgərə məktub” bu dəfə Biləsuvarda yazıldı

Biləsuvar rayonunda “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib.

“Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin müxtəlif nümayəndələri iştirak edib. Biləsuvarlı gənc və yeniyetmələr aksiyada xüsusi fəallıq göstərib.

Tədbir iştirakçıları Azərbaycan Ordusunun əsgərlərinə ürəklərindən keçən ən xoş arzularını qələmə alıb, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə onlara sonsuz minnətdarlıqlarını çatdırıb.

Related posts

Leave a Comment