“Əsl Əhli- beyt aşiqləri öz vətəninə bağlı olanlardır” – Seyid Camal çağırış etdi

“Azərbaycan xalqı əsrlərdir ki, İslam Peyğəmbəri Məhəmməd Mustafanın və onun mübarək ev xalqına, Əhli- beytinə sevgi, sayğı və ehtiramda israrlıdır”. 

“Regionpress.az”  525.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Onun sözlərinə görə, məhz Əhli- beyt sevgisi Azərbaycanda məzhəblərarası, dinlərarası münasibətlərin qorunub saxlanmasında, birlik və bərabərliyin, qardaşlığın mühafizə olunmasında, eləcə də Azərbaycan dövlətçiliyinin bütövlüyü yolunda bir ortaq dəyərə çevrilib: “Azərbaycan dünyəvi ölkə olsa da, Peyğəmbər və onun Əhli- beyt irsinin yaşadılmasının, mühafizə olunmasının ən böyük təminatçısı Azərbaycan dövlətnin başçısı, Qarabağın fatehi cənab İlham Əliyev özüdür”.

C.Əzimbəyli İmam Hüseynin şəhadətə qovuşduğu Məhərrəm ayından danışarkən inanclı insanlara çağırış edib: “Məhərrəm ayında İmam Hüseyn məktəbindən dərs alaraq yad ölkələrin deyil, müzəffər Ali Baş komandanımız İlham Əliyevin əmri və iradəsi ilə döyüşə atılan şəhadət zirvəsinə çatan igidlərimiz var. Ən yaxın tariximizdə Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov qəhrəmanlığını nümunə gətirə bilərik. Vəfa borcumuzdur ki, şəhidlərimizin məzarlarını ziyarət edək. Bununla yanaşı, şəhid doğmalarının qapısını açmaq elə İmam Hüseyn başda olmaqla bütün şəhidlərə ən böyük sayğı, ehtiram və ehsandır. Çünki onlar vətən, dövlət uğrunda canlarını fəda ediblər.

Bu, İslamın da hökmlərinə, dinimizin də gətirdiyi təməl prinsiplərinə uyğundur. Bununla bərabər qəhrəman qazilərimizi yad etmək, problemlərinin həllinə yardımçı olmaq elə imana bağlıdır. Əhli- beyt sevgisi imandandır. Əsl Əhli- beyt aşiqləri vətəninə, dövlətinə, bayrağına bağlı olanlardır”.

Related posts

Leave a Comment