“ƏSGƏRƏ MƏKTUB” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ CƏLİLABADDA TƏDBİR KEÇİRİLİB

Müdafiə nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə “Əsgərə məktub ” layihəsi çərçivəsində tədbir keçirib.

“Regionpress.az” xəbər verir ki,
Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak edib.

Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün məktublar yazıb.

Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ümvanlayıb.

Related posts

Leave a Comment