Biləsuvarda külli miqdarda narkotik vasitə aşkarlanıb. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 2,5 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində keçirilən əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.