“Ayaks”ın baş məşqçisi istefaya göndərilib

Niderlandın “Ayaks” komandasının baş məşqçisi Con Heytinqa istefaya göndərilib. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Amsterdam təmsilçisinin geridə qalan mövsümdə uğursuz çıxışı səbəb olub. Klub rəhbərliyi 40 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddətini yeniləməyib. Qeyd edək ki, mövsümü 69 xalla 3-cü pillədə başa vuran “Ayaks” UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib. 2016-cı ildən paytaxt təmsilçisində çalışan Con Heytinqa bu ilin yanvarından komandaya başçılıq edirdi.

Read More

Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb

Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Bakıda modeli döyməkdə şübhəli bilinən şəxs həbs edilib

Bakıda modeli döyməkdə şübhəli bilinən şəxs həbs edilib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaş Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb. Araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət…

Read More

Rusiya bankı Türkiyə və Azərbaycana transsərhəd köçürmələrə başlayıb

Rusiyanın “Opening” bankı Türkiyə və Azərbaycandakı fiziki şəxslərin hesablarına və bank kartlarına köçürmələrin göndərilməsi imkanını işə salıb. Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir. Bir əməliyyat üçün maksimum məbləğ 15 min rubl təşkil edir. Vəsaitlər dərhal və komissiyasız olaraq milli valyutada hesablanır.

Read More

Benzema “Real Madrid”dəki gələcəyindən danışıb

“Real Madrid”in futbolçusu Kərim Benzema İspaniya klubundakı gələcəyindən danışıb. “Report”un məlumatına görə, fransalı hücumçu “Marca” nəşrinə açıqlamasında Madrid təmsilçisində qalıb-qalmayacağının dəqiqləşmədiyini bildirib. O, hazırda “kral klubu”na məxsus olduğunu xatırladıb: “Şənbə günü oyunum var, sabah məşq edəcəyəm. Ona görə də hazırda Madriddəyəm”. Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən “Real Madrid”in formasını geyinir.

Read More

Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapılıb

Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanalına düşən gəncin meyiti tapılıb. “Report”un Qərb bürosunun məlumatına görə, Bərdə rayon sakini, 2003-cü il təvəllüdlü Vəfadar İsmayılzadənin meyti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Fərzəliyev də dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadə isə qəzanın baş verdiyi ərazinin yaxınlığındakı Yuxarı Qarabağ kanalına düşüb. Faktla bağlı araşdırma aparılır.

Read More

Qəbələ və Oğuz rayonlarına dolu düşüb

Qəbələ və Oğuz rayonlarına dolu düşüb. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a bildirib ki, iyunun 1-də saat 21.00 radələrində Oğuz rayonunun Filfilli kəndinə saat 19.30 – 19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30 – 20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb. Ağdam, Daşkəsən, İsmayıllıda güçlü külək əsir.

Read More

Bir sıra rayonlara leysan yağış yağıb, dolu düşüb

İyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb. Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib.

Read More

Oğuzda sel Xalxal kəndinə ziyan vurub

Oğuzda sel Xalxal kəndinə ziyan vurub. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Xalxal kəndinə öncə güclü dolu, sonra leysan yağış yağıb. Kəndin mərkəzindən keçən Xalxal çayının daşması nəticəsində avtomobil yoluna və yaşayış evlərinin həyətinə su dolub. Nəticədə bəzi evlərin həyətlərindəki toyuq-cücə tələf olub. Dolu meyvə ağaclarına və həyətyanı təsərrüfatlara da ziyan vurub. Hazırda rayonda leysan yağış davam edir.

Read More