Biləsuvarda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri – 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücü N.Abbasov dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl…

Read More

Biləsuvarda qurbanlar kəsilib, imkansız ailələrə yardımlar çatdırılıb

Dünya müsəlmanlarının müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur. “Bilesuvarinfo” xəbər verir ki, respublikamızın digər hüdüdlarında olduğu kimi  Biləsuvar rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib. Biləsuvar rayon  İcra  Hakimiyyəti tərəfindən müqəddəs bayram münasibətilə 600 – ə yaxın aztəminatlı ailəyə maddi yardımlar ödənilib. Biləsuvar Rayon  İcra  Hakimiyyətinin təşkilatçılığı ilə, Bakı şəhərindən təşrif buyurmuş bir çox iş adamları (həmçinin Türkiyədən təşkilat) bayram sovqatlarını  Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və  digər imtiyazlı ailələrə çatdırıb. Rayon mərkəzində və kəndlərində iş adamları və imkanlı şəxslər kəsdirdikləri  qurbanlıqları imkansız ailələrə paylayıb. Rayonda…

Read More

Cəlilabadda şəhid Xatirə bulağının açılışı olub

Cəlilabad rayonunda Şəhid Kamran İsgəndərlinin doğum günü qeyd edilib. “Regionpress.az”ın məlumatına görə, tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin Vətən müharibəsi şəhidinin doğum günü onun xatirəsinə inşa edilmiş Xatirə bulağının da açılışı olub. Çıxış edənlər qeyd edib ki, şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub və onların adlarının əbədiləşdirilməsi üçün belə xeyirxah işlərin görülməsinin vacibliyi xüsusi vurğulanıb. Şəhidin atası Yaşar İsgəndərli  öz çıxışında şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Read More