“Masallı — abidələşən şəhidlər” sənədli film nümayiş olunub

Masallılı şəhidlərin xatirəsinə həsr olunmuşsənədli film nümayiş olunub “Regionpress.az” xəbər veri ki, Masallılı şəhidlərin xatirəsinə həsr olunmuş “Masallı — abidələşən şəhidlər” sənədli filmi Heydər Əliyev Mərkəzində nümayiş olunub. Filmin nümayişi ilə əlaqədar keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, müharibə veteranları, qazilər və ailə üzvləri, jurnalistlər  iştirak ediblər. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra sənədli filmin ideya və ssenari müəllifi Zahir Əmənovun rəhbərliyi ilə çəkilmiş “Masallı…

Read More

Bu məktəbdə nə şagird müəllimi, nə də müəllim şagirdi tanıyır

“Regionpress.az” Cənub.az -a  istinadla xəbər verir ki, söhbət Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbindən gedir. Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib: “Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər şagirdləri tanıyır”. Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun “qanun”larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb: “Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə “qiyabi” oxuyan şagirdlərə qiymətlər yazıblar”.

Read More

Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb

Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb. “Regionpress.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran Peşə Liseyinin çilingər-santexnik qrupunun hazırladığı kollektorun təkmilləşmiş forması sınaqdan keçirilib. Bu kollektor günəş enerjisi vasitəsilə çöl şəraitində, 8 selsi dərəcə havada 30 litrə yaxın soyuq suyu 49 selsi dərəcəyə kimi qızdıra bilib. Liseyin  çilingər-santexnik qrupunun ustası İdris Əmirov bu haqda  danışarkən bildirmişdir ki, biz tələbələrimizlə birlikdə günəş paneli hazırlamışıq: “Bu panellər vasitəsilə heç bir enerji sərf olunmadan, yalnız günəş enerjisi ilə soyuq suyu 60-70 dərəcəyə kimi qızdıra bilirik. Hazırladığımız bu panel mini formadadır. Günəş enerjisinin…

Read More

Polis işçilərinin peşə bayramı Biləsuvarda qeyd olundu

Bu gün Biləsuvar rayonunda 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibətilə ilə tədbir keçirildi. “Regionpress.az” xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə gül dəstələri düzüblər.Bayram tədbirində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibəti ilə polis işçilərini təbrik edərək, tarixi və şərəfli bir yol keçmiş Azərbaycan polisinin yarandığı gündən xalqı və dövləti mənafeyinə məsuliyyətli vəzifələri vicdanla yerinə yetirirməsindən söz…

Read More