Gənc həkimin peşə sevgisi, və yaxud Elnarə həkimin sədaqət andı!

Onun iş rejimi çoxlarını heyrətləndirir. Çalışdığı səhiyyə ocağının Terapeya şöbəsində stasionar müalicədə olan xəstələrin müayinəsinin ardınca, həkim çatışmazlığı ucbatından   poliklinikada çox sayda xəstəni qəbul edir, ağır xəstələrin gecikmədən ixtisaslaşmış xəstəxanalara göndərişlərini  hazırlayır. Hələ, imtiyazlı xəstələrə dərmanların yazılması da onun boynunadır. Bir sözlə, lazım gəldikdə bir neçə həkimin görəcəyi işi  təkbaşına öhdələyir. Hər gün gərgin iş rejimində durmadan işləməyə, hələ üstəlik bəzi xəsətlərin nazı ilə davranmağa da alışıb  Elnarə həkim. Səbrlə, təmkinlə onları dinləyib, yola salır.  Deyir: artıq bu iş rejiminə alışmışam, insanlara xidmət göstərməkdən mənəvi zövq alıram.  … Elnarə İsmayıl…

Read More

Xarı bülbülün vətəni

(Şuşa səfəri təəssüratı) Şuşa azad olunandan sonra bu şəhərə hər il çoxsaylı səfərlər təşkil olunur. Bu mədəniyyət beşiyini təkrar-təkrar görməyə daha çox şairlər, yazıçılar, alimlər can atırlar. Şuşaya yazılan şeirlər el məhəbbətinin ifadəsidir. Builki səfərlərdən birini Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi birlikdə təşkil etmişdi. Səfərə Vaqif Poeziya Günlərində iştirak edəcək qələm adamları qatılmışdılar. Poeziya günlərinin açılığı Vaqifin doğulduğu Qazaxda oldu və Şuşa şəhərində davam etdirildi. Üçgünlük səfər boyunca Saatlı və Yuxarı Gövhərağa  məscidlərinə, Mir Möhsün Nəvvabın sərgisinə, Şuşa Xalça Muzeyinə, Yaradıcılıq Mərkəzinə ekskursiyalar təşkil olundu. Poeziya günlərinin…

Read More

Sabiq direktor əvəzi məhkəmə qarşısında

Atası uzun müddət, 20 il 1 saylı Göytəpə tam orta məktəbinin direktor işləmiş, özü isə 2 dəfə direktor vəzifəsini icra edən şəxs niyə həbs edilib? 1800 nəfərdən artıq şagirdi, 100-dən artıq müəllimi olan  Cəlilabad Rayon V. Mürsəlov adına  Göytəpə Şəhər 1 saylı  tam orta məktəbi son illər bir qaynar qazana bənzəyir. Yarım başlıqda qeyd etdiyimiz kimi bu məktəbə 20 ildən artıq   Bəxtiyar Cəfərov rəhbərlik edib. Daha sonra bu vəzifə onun oğlu  Seymur Cəfərova həvalə edilir. Arada həmin məktəbin direktoru o məktəbdə müəllim  işləyən Zaur Kəngərli olsa da, 2021-2022-ci ildə məktəbin direktorluğa yenə S. Cəfərova həvalə edilib. Şikayətlər,…

Read More

Bu gündən Məhərrəm ayı başladı

Azərbaycanda Məhərrəm ayı başlayıb. “Regionpress.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır, avqustun 18-si Səfər ayı başlayır. Sentyabrın 6-sı, yəni Səfər ayının 20-ci günü, imamın 40-ı günü olacaq. Sentyabrın 15-i isə Səfər ayı başa çatır. Qazılar Şurası dindarlarımıza xatırladır ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan…

Read More

“Əkinçinin dostu” Tədris, Araşdırma və Təcrübə Mərkəzi ilk dəfə Biləsuvarda

Bir müddət öncə ölkədə fəaliyyətə başlayan “Əkinçinin dostu” Tədris, Araşdırma və   Təcrübə Mərkəzi Türkiyənin “EMA” şirkəti tərəfindən ( şirkət bu ölkədə pestisid sənayesinin lideri “HEKTAŞ”la sıx əməkdaşlıq edir) təməli qoyulub. Azərbaycanda bu cür mərkəzlərin ilk dəfə yaradılması ilə   fermerlərin özlərini inkişaf etdirməsi və ölkə iqtisadiyyatına mühüm  töhfələr  verməsi üçün səylərini sürətləndirməyi hədəfləyir. Sözügedən mərkəz Biləsuvar rayonunda yaradılıb. Biləsuvar DAİM – in yaxınlığında 2 hektar ərazidə, hər bir şəraitlə fəaliyyətini məqsədəmüvafiq şəkildə genişləndirməkdə olan “Əkinçinin dostu”nun hədəfi müasir innovativ yeniliklərin tədbiqi ilə fermer təsərrüfatlarında səmərəliliyə nail olmaqdı. Mərkəzin rəhbəri Mikayıl Soltanov “Regionpress.az” a görülən işlər haqqında danışarkən aşağdakıları qeyd…

Read More