Dənzidə boğulma təhlükəsi ilə üzləşən iki Biləsuvar rayon sakini xilas edilib

Lənkəranda boğulma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. “Regionpress.az” “Report”a istinadən xəbər verir ki, hər iki şəxs Biləsuvar rayonundandır. Belə ki, rayonun Sütəmurdov kəndi ərazisində dənizdə iki nəfərin batması ilə bağlı təcili tibbi yardım və FHN-in xilasetmə xidmətinə məlumat verilib. Xilas edilənlərdən biri 13 yaşlı yeniyetmə Biləsuvar rayon sakinləri: 2010-cu il təvəllüdlü A. Rüstəmova və həmyerlisi 1984-cü il təvəllüdlü R. Hüseynovaya ilkin tibbi yardım göstərilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki şəxs reanimasiya şöbəsinə yerləşdiriliblər.

Read More

“Əsl Əhli- beyt aşiqləri öz vətəninə bağlı olanlardır” – Seyid Camal çağırış etdi

“Azərbaycan xalqı əsrlərdir ki, İslam Peyğəmbəri Məhəmməd Mustafanın və onun mübarək ev xalqına, Əhli- beytinə sevgi, sayğı və ehtiramda israrlıdır”.  “Regionpress.az”  525.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib. Onun sözlərinə görə, məhz Əhli- beyt sevgisi Azərbaycanda məzhəblərarası, dinlərarası münasibətlərin qorunub saxlanmasında, birlik və bərabərliyin, qardaşlığın mühafizə olunmasında, eləcə də Azərbaycan dövlətçiliyinin bütövlüyü yolunda bir ortaq dəyərə çevrilib: “Azərbaycan dünyəvi ölkə olsa da, Peyğəmbər və onun Əhli- beyt irsinin yaşadılmasının, mühafizə olunmasının ən böyük təminatçısı Azərbaycan dövlətnin başçısı, Qarabağın fatehi cənab…

Read More

Prezident İlham Əliyev Cəlilabad rayonunda olub -Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub. “Regionpress.az” 525.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı rayona səfəri zamanı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Qeyd edək ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında peşə təhsilinin rolu artır. Bu sahəyə göstərilən diqqət həm də müasir infrastrukturun formalaşdırılması ilə müşayiət olunur. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradacaq. Məlumat…

Read More

Elm və Təhsil Nazirliyində hesabat müşavirəsi keçirlib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində nazirliyin rəhbər heyəti, struktur bölmə və qurum rəhbərlərinin iştirakı ilə hesabat müşavirəsi keçirilib. “Regionpress.az” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirənin keçirilməsində məqsəd nazirliyin struktur bölmə və qurumları arasında əməkdaşlığın artırılması, çevikliyin təmin olunması, təhsil sahəsində görülmüş işlər, yaranmış çətinliklər, qarşıda duran məsələlərlə bağlı tərəflərin məlumatlandırılması, təkliflərin səsləndirilməsi, eləcə də müvafiq istiqamətlərdə müzakirələrin aparılması olub. Müşavirədə Elm və Təhsil Nazirliyinin 2023-cü il qarşısında duran əsas hədəflər və bu istiqamətdə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, nazirliyin əhatə etdiyi fəaliyyətlərin vaxtında və uğurlu icrası…

Read More

Biləsuvar rayonu üzrə təhsil sektorunun yeni müdiri məlum oldu – FOTO

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub. “Regionpress.az” xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmr imzalayıb.Əmrə əsasən Xammədov Anar Zakir oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. A. Xammədov  bu təyinatadək Biləsuvarın Bəydili kənd tam orta məktəbinin direktoru vəzivəsini icra edirdi. Qeyd edək ki, Biləsuvar şəhər N. Gəncəvi adına 1 saylı tam orta məktəbində, yeni sektor müdürünün təqdimatında Şirvan-Salyan Regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndələri və sözügedən rayonun məktəb direktorları və məktəbəqədər…

Read More