Polislər qanvermə aksiyasında fəal iştirak edib

Astara rayonunda talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a bildirilib ki, qanvermə aksiyasında polislər  fəal iştirak edib. Astara Rayon Mərkəzi Xəstəxanasında “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti  iştirak edib. Onlar bu xeyirxah və nəcib aksiyada iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkənlərə öz dəstək və diqqətlərini nümayiş etidirblər. Qeyd edək ki, hər bir donor qanvermədən əvvəl tibbi müayinədən keçirilib və toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət…

Read More

Qəzada 43 yaşlı qadın ağır xəsarət aldı

Biləsuvarda ağır yol-nəqliyyatı qəzası baş verib. “Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, bazara yaxın ərazidə baş verib. Belə ki, “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kəndinin sakini, 1980 -cı il təvəllüdlü Bayramova Gülər Qulam qızı aldığı ciddi xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma gedir.

Read More

Lerikdə mağazadan oğurluq edən qardaşlar saxlanıldı

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA – nın Cənub bürosuna verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların…

Read More

Bu problemə toxunmağa daha həvəsim  qalmadı

Rayonumun küçələrində səkisizlik problemi ilə rastlaşanda Bakımızın şüşətək səkilərini həsədlə xatırlayırdım. Hətta jurnalist olduğumdan qınayanlar olardı: “ Elə həmişə tərif yazırsınız, problem yazmaqdan qorxursunuz?..”. Əslində, bu səki mövzusunda bir çox yazılarım var. Heydər Əliyev prospektində (müəyyən məsafədə) tikilən piyada səkisinin “yaraşıq” olduğunu, piyadalar üçün əhəmiyyətsizliyindən yazarkən dostlardan biri mənimlə uzun müddət küsülü də qaldı. Bilirsiniz niyə?. Buradakı mənzərəni kadra köçürərkən, təsadüfən iri, dolu bədən qurluşlu bu dostumuz kadra tuş gəlmişdi. Səkidə quraşdırılan işıq dirəyi onsuzda eni az olan səkini daraltdlğından o, çətinliklə keçdiyi hissədən lentə alınmış  fotosunu qəzetdə verilməsini istəmirdi..…

Read More

Sanitar-gigiyena qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələndi

Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. “Regionpress.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Astarada tədbirlər həyata keçirib. Tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub. Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və…

Read More

Məktəbli forması alarkən valideynlər nəyə diqqət etməlidirlər – REPORTAJ

Orta məktəblərdə dərslərin başlanmasına sayılı günlər qalır. Bildiyimiz kimi, bu tədris ilindən orta məktəblərdə vahid məktəbli geyimi forması tətbiq olunacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Bəs görəsən Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlər Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən necə tənzimlənir? Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirildi ki, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin…

Read More

Qanunsuz kömür istehsalı aşkar edilib

Lerikdə qanunsuz kömür quyusu aşkar edilib “Regionpress.az”- a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən növbəti nəzarət tədbirlər zamanı, qanunsuz olaraq ağac kömürü istehsal edilən kömür quyusu aşkar edilib. Qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyən edilib. Faktla bağlı protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.

Read More

Salyan  sakinləri Cəlilabadda narkotiklə saxlanıldı

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar. “Regionpress.az” – a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi “AzSamand” markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb. Fakt bağlı araşdırma aparılır.

Read More

Tarixin qızıl adamı – Qafar Cəbiyev

Bu gün tarixçi-arxeoloq alim, Əməkdar jurnalist Qafar Cəfər oğlu Cəbiyevin doğum günüdür. O, 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub, 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1973-1974-cü illərdə Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə rayon qəzetində şöbə müdiri, 1977-1978-ci illərdə «Bilik» cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə rayon qəzetinin redaktor müavini vəzifələrində çalışmışdır. 1975-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuş, 1981-1990-cı illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant,…

Read More

Neftçalada vahid məktəbli geyimi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb

Bildiyimiz kimi yeni tədris ilindən etibarən şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Bəs görəsən bu istiqamətdə məktəblər maarifləndirmə işini necə aparıb, valideyinlər kifayət qədər məlumatlıdırmı? Bu sualla Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Abdullayevaya müraciət etdik. Ülviyyə Abdullayeva bildirib ki, “Məktəb Pedoqoji Şurası tərəfindən məktəbli forması seçilib və valideynlər NK-nın qərarına əsasən Pedaqoji Şura tərəfindən seçilən məktəbli forması barədə məlumatlandırılıb. Məktəbə az müddət qalmış forma tapmaqda çətinlik yaşanmasın deyə indidən istədikləri satış məntəqələrindən gedib formanı almaları tövsiyə edilib.” Qeyd edək ki,…

Read More