Neftçalada vahid məktəbli geyimi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb

Bildiyimiz kimi yeni tədris ilindən etibarən şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Bəs görəsən bu istiqamətdə məktəblər maarifləndirmə işini necə aparıb, valideyinlər kifayət qədər məlumatlıdırmı? Bu sualla Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Abdullayevaya müraciət etdik. Ülviyyə Abdullayeva bildirib ki, “Məktəb Pedoqoji Şurası tərəfindən məktəbli forması seçilib və valideynlər NK-nın qərarına əsasən Pedaqoji Şura tərəfindən seçilən məktəbli forması barədə məlumatlandırılıb. Məktəbə az müddət qalmış forma tapmaqda çətinlik yaşanmasın deyə indidən istədikləri satış məntəqələrindən gedib formanı almaları tövsiyə edilib.” Qeyd edək ki,…

Read More

Yolu keçmək istəyən həmkəndlisini maşınla vurub öldürdü

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası olub. “Regionpress.az”xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunun Çaylı kəndindən keçən hissəsində baş verib. Belə ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrəd oğlu idarə etdiyi “Ford” markalı yük aftomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969 – cı il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub. Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində vəfat edib. Qeyd edək ki, hadisə avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.  

Read More