Qanunsuz kömür istehsalı aşkar edilib

Lerikdə qanunsuz kömür quyusu aşkar edilib “Regionpress.az”- a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən növbəti nəzarət tədbirlər zamanı, qanunsuz olaraq ağac kömürü istehsal edilən kömür quyusu aşkar edilib. Qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyən edilib. Faktla bağlı protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.

Read More

Salyan  sakinləri Cəlilabadda narkotiklə saxlanıldı

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar. “Regionpress.az” – a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi “AzSamand” markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb. Fakt bağlı araşdırma aparılır.

Read More