Bu problemə toxunmağa daha həvəsim  qalmadı

Rayonumun küçələrində səkisizlik problemi ilə rastlaşanda Bakımızın şüşətək səkilərini həsədlə xatırlayırdım. Hətta jurnalist olduğumdan qınayanlar olardı: “ Elə həmişə tərif yazırsınız, problem yazmaqdan qorxursunuz?..”. Əslində, bu səki mövzusunda bir çox yazılarım var. Heydər Əliyev prospektində (müəyyən məsafədə) tikilən piyada səkisinin “yaraşıq” olduğunu, piyadalar üçün əhəmiyyətsizliyindən yazarkən dostlardan biri mənimlə uzun müddət küsülü də qaldı. Bilirsiniz niyə?. Buradakı mənzərəni kadra köçürərkən, təsadüfən iri, dolu bədən qurluşlu bu dostumuz kadra tuş gəlmişdi. Səkidə quraşdırılan işıq dirəyi onsuzda eni az olan səkini daraltdlğından o, çətinliklə keçdiyi hissədən lentə alınmış  fotosunu qəzetdə verilməsini istəmirdi..…

Read More