Qəzada 43 yaşlı qadın ağır xəsarət aldı

Biləsuvarda ağır yol-nəqliyyatı qəzası baş verib. “Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, bazara yaxın ərazidə baş verib. Belə ki, “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kəndinin sakini, 1980 -cı il təvəllüdlü Bayramova Gülər Qulam qızı aldığı ciddi xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma gedir.

Read More

Lerikdə mağazadan oğurluq edən qardaşlar saxlanıldı

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA – nın Cənub bürosuna verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların…

Read More