Şəhid Kənan Rüstəmliyə həsr olunmuş filmin nümayişi oldu

Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid məzunu, universitetin Tərcümə fakültəsində təhsil almış, 44 günlük Vətən müharibəsinin iştirakçısı Kənan Rüstəmlinin xatirəsinə həsr olunan sənədli filmin ilk nümayişi olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, həmçinin qrup və sinif yoldaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. “Regionpress.az” xəbər verir ki, təqdimat öncəsi  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla…

Read More

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar 

Sentyabrın 27-də – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.   “Regionpress.az” AZƏRTAC -a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının önünə gül dəstələri qoydular. Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən…

Read More

Yüksək nəticə göstərmiş şagirdlərlə görüş olub

Şirvan-Salyan Regional Təhsil İdarəsi yüksək nəticə göstərən şagirdlərlə görüş keçirib. “Regionpress.az” xəbər verir ki, IV sinif monitorinqində yüksək nəticə göstərmiş istedadlı şagirdlərlə görüşdə regional təhsil idarəsinin müdiri Sənan Mənsimli, bu şagirdlərin valideynləri və məktəblərinin rəhbərləri iştirak edib. Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe rayonların sektor müdirlərinin də iştirak etdiyi görüş zamanı müəllim və valideynlərin fikir və təklifləri dinlənilib, şagirdlərin istedadlarının sonrakı inkişaf mərhələləri müzakirə olunub. İdarə rəisi  S.Mənsimli çıxışında bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsilimizin daha yüksək inkişaf mərhələsinə çatdırılması üçün yetərli şərait var. Qarşıda duran məqsədə çatmaqda…

Read More

Biləsuvarda gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edi

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Sentyabr ayının 9-da YAP Biləsuvar rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Tədbirdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun…

Read More

Salyan və Neftçalada təhsilverənlərlə görüş olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və idarənin sektor müdürü Salyan və Neftçala rayonlarında təhsilverənlərlə görüşüb. “Regionpress.az” xəbər verir ki,  görüşdə həmin rayonlarda fəaliyyət göstərən məktəblərin direktorları, direktor müavinləri və cari ildə 4-cü sinifdə dərs demiş ibtidai sinif müəllimləri iştirak ediblər. Görüş zamanı 4-cü sinifdə baş verən geriləmələrin səbəbləri, növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün görüləcək tədbirlər müzakirə olunub. İdarə müdiri tərəfindən müəllimlərə tədrisin keyfiyyətini qaldırmaq istiqamətində tövsiyələr verilib.

Read More

Dərdlərə şəfa olan – KEÇİBUYNUZ

  Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.   Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat – 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi. Keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə…

Read More

Təhsil işciləri korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirlərini müzakirə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil sektorlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər  və bu istiqamətdə təhsil işcilərinin öhdəsinə düşən vəzifələr müzakirə olunur. “Regionpress.az” xəbər vürir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan Biləsuvar sektorunda Korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşınısının alınması məqsədilə tədbir təşkil olunub.. Tədbirdə çıxış edənlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verdilər. Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata…

Read More

İşlədiyi fermada özünü asdı

Biləsuvarda intihar hadisəsi baş verib. “Regionpress.az” xəbər verir ki; hadisə rayonun  Bəydili kəndi ərazisində yerləşən fermada olub. Belə ki, fermada çobanlıq edən, Salyan rayon sakini 1991-ci il təvəllüdlü Rövşən Əlifağa oğlu Salmanov özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Read More

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. ​”Regionpress.az” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Sərəncama əsasən Əliyeva Ülviyə Qalib qızı icra başçısının müavini təyin olunub və kollektivə təqdim edilib. Qeyd edək ki, Ü.Əliyeva bu vəzifəyə qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Read More

VI Robot Olimpiadasında Şirvan şəhərinin məktəbliləri qaliblərdən olub

 Ölkədə yeniyetmə və gənclər arasında keçirilən VI Robot Olimpiadasına yekun vurulub.  “Regionpress.az” xəbər verir ki, Milli Gimnastika Arenasında  Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı baş tutan olimpiadanın qalibləri arasında olan şirvanlı şagirdlər var. Onlar  3-cü yerə layiq görülüblər. . Belə ki, olimpiadadanın final mərhələsində Şirvan STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət “Gigabyte”komandası, Olimpiadanın yekununda  “Gigabyte” komandası “Robimission sinyor” kateqoriyası üzrə qalib olub. Komandanı şagirdlər:  Hüseynov Asif, Həsənli Kamal və Axundov…

Read More