VI Robot Olimpiadasında Şirvan şəhərinin məktəbliləri qaliblərdən olub

 Ölkədə yeniyetmə və gənclər arasında keçirilən VI Robot Olimpiadasına yekun vurulub.  “Regionpress.az” xəbər verir ki, Milli Gimnastika Arenasında  Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı baş tutan olimpiadanın qalibləri arasında olan şirvanlı şagirdlər var. Onlar  3-cü yerə layiq görülüblər. . Belə ki, olimpiadadanın final mərhələsində Şirvan STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət “Gigabyte”komandası, Olimpiadanın yekununda  “Gigabyte” komandası “Robimission sinyor” kateqoriyası üzrə qalib olub. Komandanı şagirdlər:  Hüseynov Asif, Həsənli Kamal və Axundov…

Read More

25 yaşlı gənc bıçaqlandı, vəziyyəti ağırdır

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. “Regionpress.az” xəbər verir ki,  rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, durumu ağır olduğundan, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən  Cəlilabad şəhər sakini Əli Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Read More

Təhsilverənlərlə görüşdə 4-cü siniflərin monitorinq nəticəsi müzakirə olunub

 Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin Şirvan şəhərində və Hacıqabul rayonunda təhsilverənlərlə görüşü olub. “Regionpress.az”xəbər verir ki, görüşdə sözügedən idarənin Tədrisin Keyfiyyət Sektorunun müdiri Vüqar Dadaşovun iştirakı ilə  Şirvan şəhərində və Hacıqabul rayonunda 4-cü siniflərin monitorinq nəticəsi müzakirə olunub. Görüşdə 4-cü sinifdə baş verən müəyyən geriləmələrin səbəbləri ətraflı araşdırılıb, növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün həmin rayonların məktəb direktorları, direktor müavinləri və  ibtidai sinif müəllimlərinə tapşırıqlar verilib. İdarə müdiri K.Mənsimli  tədrisin keyfiyyətini qaldırmaq istiqamətində öz tövsiyələrini verib.    

Read More