Şəhid Kənan Rüstəmliyə həsr olunmuş filmin nümayişi oldu

Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid məzunu, universitetin Tərcümə fakültəsində təhsil almış, 44 günlük Vətən müharibəsinin iştirakçısı Kənan Rüstəmlinin xatirəsinə həsr olunan sənədli filmin ilk nümayişi olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, həmçinin qrup və sinif yoldaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. “Regionpress.az” xəbər verir ki, təqdimat öncəsi  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla…

Read More