25 yaşlı gənc bıçaqlandı, vəziyyəti ağırdır

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. “Regionpress.az” xəbər verir ki,  rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, durumu ağır olduğundan, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən  Cəlilabad şəhər sakini Əli Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Read More

Təhsilverənlərlə görüşdə 4-cü siniflərin monitorinq nəticəsi müzakirə olunub

 Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin Şirvan şəhərində və Hacıqabul rayonunda təhsilverənlərlə görüşü olub. “Regionpress.az”xəbər verir ki, görüşdə sözügedən idarənin Tədrisin Keyfiyyət Sektorunun müdiri Vüqar Dadaşovun iştirakı ilə  Şirvan şəhərində və Hacıqabul rayonunda 4-cü siniflərin monitorinq nəticəsi müzakirə olunub. Görüşdə 4-cü sinifdə baş verən müəyyən geriləmələrin səbəbləri ətraflı araşdırılıb, növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün həmin rayonların məktəb direktorları, direktor müavinləri və  ibtidai sinif müəllimlərinə tapşırıqlar verilib. İdarə müdiri K.Mənsimli  tədrisin keyfiyyətini qaldırmaq istiqamətində öz tövsiyələrini verib.    

Read More

İsmətli kəndində partiya fəalları ilə görüş olub

YAP Biləsuvar rayon təşkilatı rayonun İsmətli kəndində partiya fəalları ilə görüş keçirib. “Regionpress.az” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlının iştirak etdiyi görüş İsmətli kənd qəbristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarətindən sonra baş tutub. İsmətli kəndində açıq məkanda baş tutan görüşdə çıxış edən təşkilat sədri iştirakçıları salamladıqdan sonra ölkəmizdə və regionumuzda baş verən hadisə və proseslərdən, Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, Respublikamızın Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətindən, Vətən müharibəsindəki tarixi qalibiyyətdən sonra…

Read More

Biləsuvarda 100 faizlik nəticə göstərən daha bir sinif

 Biləsuvarda ali məktəbə qəbulda 100 faizlik nəticə göstərən başqa bir sinifin olması  məlum olub.  “Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları da yüz faiz nəticə göstərərib. Bu sinifdə təhsilini başa vuran 16 nəfər şagirdin hər biri ali məktəbə qəbul olub. Onlardan ən çox balı Əliyeva Aynur Amil qızı toplayıb. O, 634 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Qeyd edək ki,  Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunlarının yüz faiz nəticə göstərərək,…

Read More

Direktor müavinləri və təşkilatçıların müsabiqəsinə start verilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində  işə qəbulu prosesinə start verilir. “Regionpress.az” xəbər verir ki, 01 sentyabr 2023-cü il tarixindən etibarən  Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. Ətraflı linkdə: https://salyan.edu.gov.az/az/page/13123/73923… Əlavə məlumat üçün bax

Read More