Məktəblərdə vakant  vəzifələrə iddialı olanlar test imtahanı verdi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. “Regionpress.az” xəbər verir ki, bu gün keçirilən test imtahanında 300-dən çox namizəd iştirak edib, onlar 80 dəqiqə ərzində təqdim olunan sualları cavablandırıb. Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə məktəblərdə vakant olan  vəzifələr: uşaq birliyinin rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq, direktor müavini, kitabxana müdiri, kitabxanaçı və laborantdır. İmtahada iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.

Read More

“Darıxma,  qardaşın qəhrəman olacaq..!”

Onlar uşaq yaşlarından zəhmətə alışdılar, halal çörəklə böyüdülər. Təsərrüfat işlərinə maraqlı olan qardaşlar hələ məktəbli olarkən qoyun-quzu saxlayır, ailələrinin maddi sıxıntılarına dəstək olurdular. Bənna atalarının, xəstəxanada xidmətçi  işləyən analarının əziyyətlərini görən Azər hələ 10 yaşında olarkən Nailə ananın qarşısında diz çöküb  deyib: “Ana səni mən özüm xoşbəxt edəcəm. Sən mənimlə fəxr edəcəksən”.  … Quş qanadlı illər Azərlə   Elşən qardaşların həyatından elə sürətlə  ötüb keçdi ki, qonşular deyir ki, biz onların necə böyüdüyünü bilmədik. Onların uşaq qəlbləri sanki xeyirxahlıq xəzinəsi idi. Uşaqlığı gəncliklə əvəz edərkən də tərbiyələrinə, ədəb-ərkan nümunələrinə sadiq qaldılar.…

Read More