“ƏSGƏRƏ MƏKTUB” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ CƏLİLABADDA TƏDBİR KEÇİRİLİB

Müdafiə nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə “Əsgərə məktub ” layihəsi çərçivəsində tədbir keçirib. “Regionpress.az” xəbər verir ki, Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak edib. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün məktublar yazıb. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ümvanlayıb.

Read More

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tələbələrlə görüşdü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tələbələrlə görüşdü. “Regionpress.az” xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbələri ilə maarifləndirici görüş keçirilib. Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. P. Qarayev  narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. Görüşdə  digər çıxışlar…

Read More

“Əsgərə məktub” bu dəfə Biləsuvarda yazıldı

Biləsuvar rayonunda “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin müxtəlif nümayəndələri iştirak edib. Biləsuvarlı gənc və yeniyetmələr aksiyada xüsusi fəallıq göstərib. Tədbir iştirakçıları Azərbaycan Ordusunun əsgərlərinə ürəklərindən keçən ən xoş arzularını qələmə alıb, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə onlara sonsuz minnətdarlıqlarını çatdırıb.

Read More

Biləsuvar Polisi antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüşür

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatı çərçivəsində növbəti tədbir Zəhmətabad kənd tam orta məktəbində təşkil olunub. “Regionpress.az” xəbər verir ki, görüşdə Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri və digər qonaqlar iştirak edib. Narkomaniya ümumbəşəri bəladır!” devizi altında keçirilən tədbirdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki N. Məmmədov narkomaniyanın yayılması gələcək nəslin sağlam həyat tərzi üçün böyük təhlükə törətməsindən söz açıb. Bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir: “Bu gün ölkəmizdə…

Read More