Müəllimlər şagirdlərinin olimpiadalarada uğurları və sertifikatlaşdırmada yüksək nəticələrinə görə mükafatlandırıldı

Şirvan-Salyan Regional Təhsil İdarəsində Respublika Fənn Olimpiadalarında uğur qazanmış şagirdlərin müəllimləri və təhsilverənlərin sertifikatlaşdırmasında yüksək bal toplamış müəllimlərlə görüş olub. “Regionpress.az” xəbər verir ki, görüşdə idarə rəisi Sənan Mənsimli təhsilə göstərilən dövlət qayğısından söz açarkən bildirmişdir ki, bütün  bununla əsas məqsəd təhsilimizin dünya təhsilinə yaxından inteqrasiyasıdır. Görüşdə çıxış edən müəllimlər dəvətə və onların əməyinə verilən qiymətə görə təhsil idarəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd etmişlər ki, onların əməyinin bu formada rəğbətləndirilməsi gələcəkdə də yeni uğurların əldə edilməsi üçün böyük bir motivasiya verir. Görüşün sonunda sözügedən istiqamətlərdə əldə etdikləri mühüm uğurlarına görə…

Read More

Toyuq kəsim sexində nöqsanlar aşkarlanıb

Toyuq kəsim sexində nöqsanlar aşkarlanıb. Masallıda toyuq kəsim sexində baytarlıq, sanitar – gigiyenik tələblərin əməl olunmaması aşkarlanıb. AQTA – nin Lənkəran – Astara bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədov APA – nın cənub bürosuna verdiyi məlumatda bildirib ki, 1003 çağrı mərkəzinə daxil olan şikayət əsasında Masallı rayon sakini fiziki şəxs Feyziyev Mirramil Mirhüseyn oğluna məxsus toyuq kəsim sexinə baxış keçirilmişdir. Baxış zamanı sexdə qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanmışdır və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi institunun müvafiq…

Read More

Azərbaycanda 3 xüsusi təyinatlı hərbi kollec yaradılır – FƏRMAN

Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. “Regionpress.az” xəbər verir ki, Fərmanla Azərbaycan Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaradacaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil…

Read More

Biləsuvar sakinləri Cəlilabadda ağır qəzaya düşdü

Biləsuvar sakinləri Cəlilabadda ağır qəzaya düşd Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Bilesuvaronfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabadın Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mitsubishi” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Ağır yol qəzasında Biləsuvar rayonu, Xırmandalı kənd sakini 1991-ci il təvəllüdlü Cəfərli Xosrov Xanverdi oğlu ölüb. Bu rayondan olan digər sakinlər: 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıb. Onlardan ikisinin xəsarəti çiddi  olduğundan Bakı…

Read More