Cəlilabad rayonunda yol qəzası olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində olub. Belə ki, “Niva” markalı minik avtomobili ilə rayon sakini, 1975-ci il təvəllüdlü Lalə Rüstəmova Fitətxan qızı vurulub. Ağır xəsarət alan piyada rayon xəstıxanasında ölüb. Faktla bağlı araşdırma aparılır.
Read MoreDay: Dekabr 16, 2023
Biləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var
Ələt-Astara magistralında ağır yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili qarşıda dayanan yük avtomobilinə çırpılıb. Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, onların qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur. Toyuq ətinin satışını həyata keçirirlərmiş. Faktla bağlı araşdırma davam etdirilir.
Read More