Biləsuvarlı seçicilərlə növbəti görüş keçirilib Keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Biləsuvar şəhəri “28 may küçəsi 19 ünvanında”, eləcə də rayonun Zəhmətabad və Əliabad kəndlərində yaşayan seçicilərlə görüş keçirilib. Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvlərindən Akif Kazımov, Talıbağa Talıbov, Mirhənifə Mirsultanov, Zakir Şahbazov və Qənbərəli Bağırov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, şəhid Rahət İsayevin atası Rafət İsayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili…
Read MoreMonth: Yanvar 2024
Müəllimlərin nəzərinə!
📌📌📌Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi 📣📣📣RİYAZİYYAT, İNGİLİS DİLİ və İBTİDAİ SİNİF MÜƏLLİMİ vəzifəsi üzrə vakansiya elan edir. 📣📣📣 ♦ Vəzifə ilə bağlı aşağıdakı tələblər qoyulur: – Ali təhsil ; – MS Office proqram paketindən istifadə bacarıqları; – Səmərəli kommunikasiyanın qurulması və komanda ilə işləmək bacarığı; – İnteraktiv təlim və müasir tədris metodlarını tətbiq etmək bacarığı; – Sinifdə təlimin planlaşdırılması, təlim materiallarının və qiymətləndirmə vasitələrinin hazırlanması; ♦ Arzuolunandır: – Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbul imtahanının nəticəsi və ya diaqnostik imtahan nəticəsi; ♦ Mövcud olan…
Read MoreO, da xaricdə təhsil almaq hüququnu əldə edib
Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi xaricdə təhsil almaq imkanı qazanıb. “Regionpress.az” xəbər verir ki, bu haqda ali təhsil ocağının rektoru Elmar Qasımov öz fecbook səhifəsində paylaşım edib. Belə ki, Ali Məktəbimizin daha bir qrup tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrini Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil almaq şansı əldə edib. “Erasmus+KA107” və mübadilə proqramları ilə təhsillərini davam etdirəcək 12 tələbə və onların valideynləri ilə görüşdə BANM-in rektoru E. Qasımov xoş arzularını çatdırıb. Proqramdan yararlanmaq imkanı əldə etmiş tələbələrdən biri Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunu…
Read MorePrezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım – Foto
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. “Regionpress.az”” dövlət başçısının paylaşımını təqdim edir:
Read MoreMəktəbdən oğurluq edənlər saxlanılıb
Yeni tikilən məktəbdən oğurluq edən Biləsuvar sakinləri saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən…
Read MoreOğurluğa görə saxlanılmışdı, evindən tapança da aşkarlandı
Cəlilabad rayon ərazisində yerləşən evlərdən oğurluq edənlər yaxanalıb. “Regionpress.az” xəbər verir ki, rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıb. Onların oğurladıqları əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. X. Əliyevin yaşadığı evdən 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Read MoreNəvəsini məktəbdən gətirirdi, yıxılıb öldü
Şaxtalı havada yolların buz bağlaması kişinin ölümünə səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə bu gün saat 17-18 radələrində Biləsuvar rayonunda olub. Belə ki, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən, buzlu yolda sürüşərək yıxılıb. Başından ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib. Qeyd edək ki, 66 yaşlı baba azyaşlı nəvəsini buzlu yollardan təhlükəsiz evə gətirmək üçün məktəbdən gəlirmiş.
Read MoreBu rayonlardan olan fermerlərə sığorta ödənişləri təqdim olunub
Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. “Regionpress.az” xəbər verir ki, Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlərin bir hissəsinə sığorta ödənişləri təqdim edilib. Biləsuvar rayonunda sözügedən rayonlardan fermerlərə sığorta ödənişlərinin təqdimatı tədbirində bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır. Tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı…
Read MoreBiləsuvarın ilk şəhidi İbadullla Dəmirovun atası vəfat edib
Qarabağ müharibəsi şəhidi İbadulla Dəmirovun atası vəfat edib. “Bilesuvarinfo” xəbər verir ki, şəhid atası Ağabala Dəmirov bu gün, ömrünün 93-ci baharında haqq dünyasına qovuşub. Biləsuvar rayon ictimaiyyətinin dəyərli ziyalılarından olan ağsaqqal Ağabala Dəmirov uzun illər polis orqanlarında çalışıb. Şəhid oğlu, 1959-cu il təvəllüdlü İ. Dəmirov ixtisaslı hərbçi olub, Qarabağ uğrunda ilk döyüşlərə qatılan vətənpərvər zabitlərimizdəndir.l Qarabağ müharibəsi zamanı şəhid olan ilk Biləsuvar rayon sakinidir. Rayonun Peşə Liseyi şəhidimizin adını daşıyır. Allah rəhmət eləsin!
Read MoreTARİXİ ABİDƏLƏRİ DAĞIDAN “QIZILAXTARANLAR”IN ARXASINDA KİMLƏR DURUR? – Professordan sensasiyalı iddialar
TARİXİ ABİDƏLƏRİ DAĞIDAN “QIZILAXTARANLAR”IN ARXASINDA KİMLƏR DURUR? – Professordan sensasiyalı iddialar admin “QARA ARXEOLOGİYA”NIN QARA ƏMƏLLƏRİNƏ DAİR HƏYƏCANLI XƏBƏRLƏR Qafar Cəbiyev, AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor “Qara arxeologiya”nın mövcudluğu yeni məsələ deyil. Hələ XIX əsrin sonlarında Fransadan olan Jak de Morqan qardaşları Azərbaycan ərazisindəki tarixi abidələrdə qanunsuz “axtarışlar” aparmaqla tariximiz üçün son dərəcə əhəmiyyətli olan çoxsaylı maddi mədəniyyət nümunələrini, xüsusən də bir çoxunun analoqu olmayan nadir əntiq əşyaları Avropaya daşıyaraq erməni və ya fars maddi mədəniyyət nümunələri adı ilə muzey və kolleksionerlərə satmışlar. Azərbaycan tərəfinin…
Read More