Bu rayonlardan olan fermerlərə sığorta ödənişləri təqdim olunub

Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir.  “Regionpress.az” xəbər verir ki, Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlərin bir hissəsinə sığorta ödənişləri təqdim edilib. Biləsuvar rayonunda sözügedən rayonlardan fermerlərə sığorta ödənişlərinin təqdimatı  tədbirində bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır. Tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı…

Read More

Biləsuvarın ilk şəhidi  İbadullla Dəmirovun atası vəfat edib

Qarabağ müharibəsi şəhidi İbadulla Dəmirovun atası vəfat edib. “Bilesuvarinfo” xəbər verir ki, şəhid atası Ağabala Dəmirov bu gün, ömrünün 93-ci baharında haqq dünyasına qovuşub. Biləsuvar rayon ictimaiyyətinin  dəyərli ziyalılarından olan ağsaqqal Ağabala Dəmirov uzun illər polis orqanlarında çalışıb. Şəhid oğlu, 1959-cu il təvəllüdlü İ. Dəmirov ixtisaslı hərbçi olub, Qarabağ uğrunda ilk  döyüşlərə qatılan vətənpərvər zabitlərimizdəndir.l Qarabağ müharibəsi zamanı şəhid olan ilk  Biləsuvar rayon sakinidir. Rayonun Peşə Liseyi  şəhidimizin adını daşıyır. Allah rəhmət eləsin!

Read More