Orucluq bayramında “Azəraqrar Tikinti Şirkəti” MMC- dən  xeyirhahlıq nümunəsi

Deyirlər ki, xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Genetik yaddaşın bir qəlpəsi olan xeyirxahlıq qannan, ilikdən, tərbiyəynən süzülüb gəlir. “Regionpress.az” xəbər verir ki,  Biləsuvar şəhərində aztəminatlı ailənin yaşadığı mənzil qaz təminatı həyata keçirilib. Ailə başcısının sözlərinə görə 15 ildən artıq idi ki, bu mənzildə yaşayırıq. Artan ailə ehtiyacları, səhhətimlə bağlı işləyə bilməməyim qaz sayğacı ilə bağlı ödənişləri etməyə imkan verməyib: “ Sağ olsunlar, “Azəraqrar Tikinti Şirkəti” MMC tərəfəindən çətinliyimiz…

Read More

Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir

Azərbaycanda mövcud iqtisadi potensialın əhəmiyyətli hissəsinin Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa prosesinə, habelə Böyük Qayıdışa sərf edilməsi fonunda Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə növbəti səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir və uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlığının təmin edilməsi istiqamətində mühüm addımdır. “Regionpress.az” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev fəaliyyətində, xüsusən güclü və müstəqil iqtisadiyyat quruculuğunda şaxələndirmə həmişə mühüm prioritet kimi diqqət çəkib. “Özünün…

Read More

Biləsuvarda “Kalaşnikov” avtomatı gəzdirən şəxs saxlanılıb

Bərdə rayon sakini Biləsuvarda avtomat silahı ilə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb. Ona məxsus idman çantasından 1 ədəd “AKS-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb. Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

Read More

Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayonunun Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Əsədov Amil Ramiz oğlunun idarə etdiyi “Mercedess” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü, sərnişini qismində olan  həmkəndliləri 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü  İsmayıllı Murad Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Faktla bağlı  araşdırma aparılır.

Read More

Biləsuvarda yanğın olub

Biləsuvar rayonunda yanğ hadisəsi olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində  baş verib. Belə ki, kənd sakini Əhmədov Fərzəli Ağamməd oğluna  məxsus  həyətyani sahədə yerləşən yardımçı tikili alovlanıb. Hadisə yerinə vaxtında gələn Biləsuvar rayon yanğından mühavizə bölməsinin əməkdaşları yanğının genişlənməsinin qarşını alıb. Ümumi sahəsi 90 m2 olan yardımçı tikilinin 6 m2 çardaq hissəsi və burada yığılmış 750 kq ot kipinin 250 kq-ı yanıb. Xoşbəxtlikdən yanğın xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

Read More

Taxta parçasını sənət əsərinə cevirən sənətkar

Oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi ölkəmizdə tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. “Regionpress.az” xəbər verir ki, bu gün ölkəmizdə bu sənəti yaşadan azsaylı sənətkarlardan biri Rauf İbrahimovdur. Salyan şəhər 4 saylı orta məktəbin təsviri incəsənət müəllimi işləyən oymacı sənətkar böyük sevgiylə öz sənətini yaşadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinin tələbəsi Rauf müəllim 2000-ci ildən başlayaraq bədii oyma sənətində mükəmməl sənət əsərləri yaratmağa nail olub. İlk dəfə dörd il öncə, özünü Nizami Gəncəvin əsərlər qəhrəmanı Bəhram Gurun…

Read More

Biləsuvarda GPON texnologiyası əsasında yeni rabitə şəbəkəsinin qurulması son mərhələdədir

Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə keyfiyyətli rabitə və yüksək sürətli internet xidmətlərinin göstərilməsi məqsədilə görülən işlər sürətlə davam etdirilir. “Regionpress.az” xəbər verir ki, bu sahədə 2023-cü ildə Biləsuvar şəhərində başlanılan işlərin yekunu olaraq ilin sonunda artıq şəhərin bütün küçələrində və yeni yaşayış massivlərində ev təsərrüfatlarını sürətli internetlə və dayanıqlı rabitə ilə təmin edən müasir GPON şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib. Hazırda bu istiqamətdə bütün kəndlərdə kompleks işlərə başlanılıb. Kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr…

Read More