Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov Biləsuvarda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonuna torpağa tapşırılıb. “Regionpress az” xəbər verir ki, şəhidimiz ailəsinin yaşadığı rayondakı 1 saylı Cəbrayıl qəsəbədə vida mərasimi keçirilib. E.İsaqov Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Gəncədəki Şəhidlər xiyabanında,…

Read More